Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Akif Çovdarovun azadlığa buraxılmasının səbəbi açıqlandı

"Akif Çovdarov ürək xəstəsidir və törətdiyi cinayətin ağırlıq dərəcəsi də onun əfv olunmasına imkan verir"...

Azərbaycan Prezidentinin sərəncamı ilə yaşı 65-dən yuxarı olan və müxtəlif xəstəliklərdən əziyyət çəkən 176 nəfər əfv edilərək, azadlığa buraxılıb. Ölkə ictimaiyyəti, o cümlədən əksər siyasi partiyalar, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri Prezident İlham Əliyevin sayca 34-cü əfv fərmanını humanizm aktı kimi yüksək dəyərləndirdiklərini və təqdir etdiklərini bildiriblər. Sadə məntiqlə eyni yanaşma radikal müxalifət təmsilçiləri, o cümlədən AXCPMüsavat Partiyasının funksionerləri tərəfindən də ortaya qoyulmalıydı. Amma təəssüf ki, yenə də fərqli və heç bir ölçüyə, dəyərə, hüquqi anlayışa sığmayan yanaşmaların şahidi oluruq”.

PİA.az-ın xəbərinə görə, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədrinin müavini, politoloq Elçin Mirzəbəyli deyib.

O qeyd edib ki, gözlərini qərəz və aqressiya tutan bu kiçik siyasi qrupların təmsilçiləri 176 nəfərin adının olduğu siyahıda yalnız Akif Çovdarov və Sübahir Qurbanovun adlarını görürlər: “Digər tərəfdən, bəsit siyasi ritorikadan bir addım o yana ayaq basa bilmədikləri üçün dərk etmirlər ki, əfv sərəncamı hüquqi aktdır və o ayrı-ayrı şəxslərə münasibətdə onların adlarına və şəxsiyyətlərinə görə deyil, hüququn ali prinsiplərinə, konkret hüquqi aktla bağlı müəyyən olunan kriteriyalara görə müəyyənləşdirilir. Azərbaycan Prezidentinin sərəncamında da qeyd olunur ki, yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan, yaşı 65-dən yuxarı olan məhkumlar koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar əfv olunublar. Yəni sərəncamda əfv olunan şəxslərin yaşı və xüsusi qayğıya ehtiyac duymaları əsas götürülüb! Bu adamlar anlaya bilmirlər ki, dövlət vətəndaşa münasibətdə ayrı-seçkilik nümayiş etdirə bilməz və etdirməməlidir də. AXCPMüsavat Partiyası funksionerlərinin 176 nəfərin adının olduğu siyahıda gördükləri 2 nəfər - Akif Çovdarov və Sübahir Qurbanov da yaşları 65-dən yuxarı və xəstə olduqları üçün əfv olunublar. Məsələn, Akif Çovdarov ürək xəstəsidir və törətdiyi cinayətin ağırlıq dərəcəsi də onun əfv olunmasına imkan verir. Təəssüf. AXCP və Müsavat funksionerləri yenə ölkəmizin siyasi münasibətlər sistemində baş verən dəyişiliklərin mahiyyətini, milli birlik və həmrəyliyimizin daha da möhkəmləndirməsi istiqamətində atılan addımların əhəmiyyətini anlaya bilməyiblər və bundan sonra çətin ki, anlayalar”. (Pravda.az)

pia.az


Etiket: Akif Çovdarov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

Ən çox oxunanalar