Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AK rəsmisi: Ukraynanın Aİ-yə daxil olması üçün 6-11 il lazım olacaq...

Avropa Komissiyasının Avstriyadakı nümayəndəliyinin rəhbəri Martin Zellmayer bildirib ki, Ukraynanın Avropa İttifaqına (Aİ) qoşulması prosesi hətta sürətləndirilmiş prosedur altında da 6 ildən 11 ilə qədər vaxt aparacaq...

Poliqon "Kleine Zeitung" qəzetinə istinadən xəbər verir ki, Avropa Komissiyası nümayəndəsi Kiyevin Avropaya inteqrasiya ilə bağlı çoxlu işi görməli olduğunu deyib.

Martin Zellmayer xatırladıb ki, bir vaxtlar Avstriyanın Avropa İttifaqıba üzv olması üçün 6, İspaniyanın isə 11 il lazım olub.

"Ukrayna ortada bir yerə düşə bilər... Bununla belə, Kiyevin hələ çox işi var, mən xüsusilə, məhkəmə sisteminin müstəqilliyi və administrasiyanın effektivliyinə nail olmaq üçün islahatları nəzərdə tuturam", deyə Martin Zellmayer bildirib.

Eyni zamanda, Avropa Komissiyasının nümayəndəsi qeyd edib ki, Avropa Ukraynanın siyasi birliyə qəbul edilməsi ilə bağlı Kiyevə verdiyi vədi tutmalıdır.

Qeyd edək ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel dekabrın 14-də İttifaq ölkələrinin Ukrayna və Moldova ilə Aİ-yə üzvlük barədə danışıqların başlaması barədə qərar qəbul etdiyini bildirib. Həmçinin, Gürcüstana Aİ üzvlüyünə namizəd statusu verildiyi açıqlanıb. Bundan başqa, gələn ilin mart ayınadək Bosniya və Herseqovina təşkilata üzvlük üçün bütün meyarlara tam uyğunluğu təmin edərsə, ölkənin Avropa İttifaqına üzvlüyü barədə danışıqların başlaması məsələsinin yenidən nəzərdən keçiriləcəyi bildirilib.

Ukrayna prezidenti Volodimir Zelenski xalqa müraciətində bildirib ki, Kiyev öz üzərinə düşən işi - Avropa Komissiyasının yeddi tövsiyəsini mütləq yerinə yetirəcək: "Çox vacibdir ki, danışıqların başlanğıcında Avropa İttifaqı tərəfindən Ukrayna ilə bağlı siyasi qərara oxşar hazırlıq olsun".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ən çox oxunanalar