Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ və Türkiyə gömrük ittifaqı sazişinin yenilənməsini müzakirə edəcək

Avropa İttifaqı (Aİ) və Türkiyə avropalı tərəfdaşların və investorların etimadını bərpa etmək üçün gömrük ittifaqı haqqında sazişin yenilənməsini müzakirə edəcək.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat məsələləri üzrə Avropa komissarı Paolo Centiloni deyib.

Onun sözlərinə görə, tərəflər bir sıra mürəkkəb məsələləri həll etməlidirlər.

Qeyd edək ki, Türkiyə-Aİ gömrük ittifaqı sazişi ilə bütün istehsal olunan məhsullar üçün vahid xarici tarif nəzərdə tutulur. O, emal edilmiş kənd təsərrüfatı məhsulları istisna olmaqla, xidmətlərə, dövlət satınalmalarına və ya kənd təsərrüfatına şamil edilmir.

P.Centiloni son iki həftə ərzində Türkiyənin maliyyə naziri Mehmet Şimşəklə iki dəfə görüşüb. Görüşlərin nəticəsi olaraq Avropa komissarı nazirin həm hökumətin iqtisadi planları, həm də Türkiyənin Aİ ilə münasibətlərinə dair müsbət açıqlamalarını eşitməkdə maraqlı olduğunu bildirib.

“Bloomberg”in məlumatına əsasən, yüksək səviyyəli Avropa rəsmiləri Türkiyənin Aİ ilə münasibətləri bərpa etmək səylərini alqışlayıblar.

Poliqon.info 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

Ən çox oxunanalar