Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ADA-nın “Yay düşərgəsi” növbəti dəfə “Azercell”də

ADA Universitetinin ölkənin müxtəlif orta məktəblərinin şagirdləri üçün təşkil etdiyi “Yay düşərgəsi” proqramı “İnformasiya Texnologiyaları həftəsi” çərçivəsində “Azercell Telekom” MMC-yə növbəti səfərini gerçəkləşdirib.

Şirkətdən PİA.az-a verilən məlumata görə, universitetin İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının təşkil etdiyi yay məktəbinin iştirakçıları “Azercell”in Data Mərkəzini ziyarət edərək şəbəkə texnologiyalarının əsasları, mobil şəbəkənin qurulması, istismarı və nəzarəti barədə məlumatlarla tanış olub, eləcə də, LTE şəbəkəsinin göstəricilərinin ölkə xəritəsi boyu əhatəsini canlı olaraq seyr ediblər. Daha sonra Big Data və Təhlillər departamentinin təqdimatında İKT sahəsində verilənlərin toplanması, saxlanması və emalı, Big Data üzrə qlobal trendlər və “Azercell”in bazarda yaxın zamanda təqdim edəcəyi yeni rəqəmsal məhsullar haqqında ətraflı məlumat alaraq şirkət ekspertlərinə öz suallarını ünvanlayıblar.

Ölkədə müştəri xidmətləri sahəsində ən nümunəvi sayıla biləcək bir şirkətlə tanışlığın davamı olaraq məktəblilər Fəvvarələr Meydanında yerləşən Bakıda ilk Azercell Xidmət və Satış Mərkəzinə yollanıblar. Yay düşərgəsi iştirakçıları ön masa arxasında Azercell əməkdaşlarının abunəçilərlə ünsiyyətini canlı olaraq izləyib, şirkətin satış və xidmət ekspertləri tərəfindən “Azercell”də müştəriyə xidmət mədəniyyəti, müştəri məmnuniyyətinin əsasları, eləcə də, əməkdaşların abunəçilərin suallarını cavablandırması prosesi ilə bilavasitə tanış olublar.

Qeyd edək ki, “Azercell” şirkəti uzun illərdir ADA Universiteti ilə müxtəlif sahələrdə əməkdaşlıq edir. Şirkət ADA-nın təşkil etdiyi startap yarışmalarının tərəfdaşı qismində çıxış edərək karyera sərgilərində iştirak edib, universitetdə təhsil alan bir qrup xüsusi istedadlı tələbələrə təqaüd ayırmaqla onların fərdi və peşəkar inkişafına dəstək olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar