Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşeronda 200-dən çox ailə dələduzluq faktı ilə üzləşib - Video

Abşeronda 200-dən çox ailə dələduzluq faktı ilə üzləşib.

Xezerxeber.az-ın məlumatına görə, Qobu qəsəbəsinin yeni yaşayış massivində evlərə su xəttinin çəkilməsi üçün hər ailədən 650 manat məbləğində pul yığılıb, lakin sonradan həmin vəsait mənimsənilib. 

Məlum olub ki, həmin ərazidə yaşayan üç nəfər - Akif, Vaqif və Araz adlı şəxslər birləşərək “Azərsu” ASC-nin adından ümumilikdə 84 min manat pul toplayıblar.

Sakinlərin sözlərinə görə, Akif, Vaqif və Araz  topladıqları vəsaiti podratçı təşkilata verdiklərini desələr də, bu vaxta qədər onların evlərinə su xətti çəkilməyib.

Adı dələduzluq faktında hallanan Vaqif Eynalov və Akif Əliyev açıqlamasında bildiriblər ki, onlar da digər sakinlər kimi hadisənin qurbanıdırlar. Onlar da vəsaiti Araz adlı şəxs vasitəsilə podratçı təşkilata veriblər. Əslində isə heç podratçı təşkilat belə yox imiş.

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı təsdiqləyib ki, həmin ərazidə yaşayan sakinlər bir neçə şəxsin dələduzluğu ilə üzləşiblər. Yeni yaşayış massivində mövcud su şəbəkəsi yoxdur və oraya su xəttinin çəkilməsi ilə bağlı adıçəkilən quruma heç bir müraciət daxil olmayıb.

Sakinlər bildiriblər ki, mövcud məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Hazırda iş üzrə araşdırmalar aparılır.

Poliqon.info 


Etiket: Dələduzluq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar