Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşeron icra başçısı vətəndaşlarla görüşüb - Fotolar  

Qəbullarda sakinlər tərəfindən qaldırılan bir çox məsələlər yerindəcə həll olunub...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Abşeron rayonunda vətəndaş qəbulları keçirilməsi davam etdirilir.

Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında, o cümlədən rayonun Mehdiabad, Digah və Qobu qəsəbələrində sakinlərlə keçirilən səyyar qəbullarda RİH-nin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və qəsəbə sakinləri iştirak ediblər.

Qəsəbə və kəndlərdə sakinlərlə görüşdə Abdin Fərzəliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun Qarabağı azad etdikdən sonra orada həyata keçirilən quruculuq işlərindən söz açıb, dövlət başçımızın xarici siyasi arenadakı ardıcıl uğurlarından bəhs edib. Bütün ölkəmizdə olduğu kimi Abşeron rayonunda da həyata keçirilən quruculuq-abadlıq işlərindən danışılaraq bundan sonra görüləcək işlər barəsində ətraflı məlumat verilib.

Rayonun Mehdiabad qəsəbəsində baş tutan növbəti səyyar qəbulda qəsəbənin məişət tullantılarının yığılmasında istifadə olunacaq yeni alınan xüsusi avtomobil təqdim edilib. Bildirilib ki, rayonun Abadlıq və Kommunal Xidmətlər İdarəsinin maddi-texniki bazasının gücləndirilməsi, şəhərsalma prinsipləri əsasında kənd və qəsəbələrdə məişət tullantılarının idarə edilməsi sisteminin yenidən qurulması, tullantıların toplanması, daşınması və zərərsizləşdirilməsi işinin müasir standartlara uyğunlaşdırılması istiqamətində bir sıra proqramlar həyata keçirilməkdədir. Bununla əlaqədar olaraq artıq İdarənin 3 xüsusi avtomobillə təmin olunduğu qeyd edilib. O da vurğulanıb ki, yeni avtomobillərin gətirilməsi istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək və rayonun bütün kənd və qəsəbələrində məişət tullantılarının toplanması müasir avtomobillər vasitəsi ilə həyata keçiriləcəkdir.
Sonra çıxış edən sakinlər əsas avtomobil yollarında surət tənzimləyicilərinin quraşdırılmasında, kanalizasiya xətlərinin çəkilməsində, işlə təmin olunmada, daxili küçələrin abadlaşdırılmasında və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.

Qəbullarda sakinlər tərəfindən qaldırılan bir çox məsələlər yerindəcə həll olunub, digərlərinin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

Fotolar

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar