Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və Rusiyanın Cenevrə təhlükəsizlik danışıqları... - Dünyanı bölüşə biləcəklər?..

Bu il dünya qlobal qarşıdurma ili olacaq?..

Politoloq: “2022-ci il daha ağır il kimi görünür. Bir neçə məkanda gərginliklər olacaq”.

ABŞRusiyanın baxışlarında böyük fərqlər var. İki ölkə arasında Ukrayna məsələsinə görə 180 dərəcə baxış fərqi var”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Cenevrədə ABŞRusiya arasında keçirilən təhlükəsizlik danışıqlarını PİA.az- a şərh edərkən qeyd edib.

Dünən axşam saatlarında Cenevrədə ABŞRusiya arasında təhlükəsizlik danışıqlarına start verilib. Danışıqlarda Rusiya diplomatik heyətinə xarici işlər nazirinin müavini Sergey Ryabkov rəhbərlik edir. Amerika diplomatiyasını isə ABŞ dövlət katibinin müavini Vendi Şerman təmsil edir.

2021-ci il oktyabrın sonlarından etibarən Rusiyanın Ukrayna sərhədlərinə təxmini 100 minlik qoşun qruplaşması toplayaraq bu ölkəni təhdid etməyə başlaması Avropanın şərqində böyük müharibə riski yaratmaqla Qərbdə ciddi narahatlığa səbəb oldu. Dekabr ayında isə dəqiqləşdi ki, Moskvanın niyyəti təkcə Ukrayna ilə məhdudlaşmır və onun daha böyük ambisiyaları var. Belə ki, Rusiya hökuməti ABŞNATO-ya təhlükəsizlik təminatları ilə bağlı ultimatum xarakterli iki ayrı anlaşma mətni təqdim edərək, gecikmədən bu layihələr əsasında müzakirələrə başlanmasını tələb etdi. Əldə olunan razılığa görə, 2022-ci il yanvarın 10-13-də üç ayrı formatda – ABŞ-Rusiya, NATO-Rusiya müstəvilərində və ATƏT çərçivəsində tərəflər arasında danışıqlar aparılacaq.

Bilirik ki, bu kritik danışıqlar Rusiyanın tələbi ilə baş tutub və Moskva təcili olaraq Qərbdən təhlükəsizlik təminatı istəyir. Əks təqdirdə Kreml Ukraynaya hərbi müdaxilə edəcəyini də gizlətmir. Danışıqlardan əvvəl verilən açıqlamalara görə isə demək olar ki, tərəflərin kompramiss əldə etmələri demək olar ki, mümkün deyil.

Bu danışıqların keçirilmə şəraitini necə dəyərləndirmək olar və ümumilikdə 2022-ci il dünya qlobal qarşıdurma ili olacaq?

Mövzunu PİA.az-ın əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin sədr, poıitoloq Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “İnanmıram ki, bu günkü Cenevrə danışıqlarında bir nəticə əldə olunsun”.

Bu il ərzində Qazaxıstanda da çox gərgin hadisələrin şahidi ola bilərəcəyimizi proqnoz edən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, ABŞRusiya arasında Ukrayna məsələsinə görə 180 dərəcə baxış fərqi var:

ABŞRusiyanın baxışlarında qlobal geosiyasi yanaşmalarda böyük fərqlər var. İki ölkə arasında Ukrayna məsələsinə görə 180 dərəcə baxış fərqi var. ABŞAvropa dövlətləri hesab edirlər ki, müstəqil dövlət olan Ukrayna xarici və təhlükəsizlik siyasətini özü sərbəst seçməlidir. Rusiya isə hesab edir ki, o Ukraynanın əvəzinə qərar verə bilər. Rusiyaya görə Ukrayna ondan asılı olmaldır, Ukrayna NATO üzvü olmamalıdır, Ukraynada NATO-nun hərbi bazası olmamalıdır. Əgər Ukrayna Rusiyanın bu şərtlərini yerinə yetirməsə, Rusiya beynəlxalq aləmi hədələyir ki, Ukraynanı zəbt edə bilər.

Heç bir normal dövlət də bu tələbi, bu ultimatumu qəbul edə bilməz. Buna görə də inanmıram ki, bu günkü Cenevrə danışıqlarında bir nəticə əldə olunsun. Fikir mübadiləsi üçün münbit bir şəraitin yaradılması da vacibdir. Hər dialoq yaxşıdır, nəyinki müharibə etmək.

Elxan Şahinoğlu: “İran ətrafında gərginlik var. Çünki nüvə danışıqları dalana dirənib. Burada da bir irəliləyiş olacaq və vəziyyət gərginləşəcək”.

2022-ci il daha ağır il kimi görünür. Bir neçə məkanda gərginliklər olacaq. Bu gərginliklərdən biri Ukrayna istiqamətindədir. Qazaxıstanda hadisələr qəfil başladı. Təəssüf ki, bu il ərzində Qazaxıstanda da çox gərgin hadisələrin şahidi ola bilərik. Qazaxıstanda hələ məsələlər bitməyib.

Daha sonra İran ətrafında gərginlik var. Çünki nüvə danışıqları dalana dirənib. Burada da bir irəliləyiş olacaq və vəziyyət gərginləşəcək. Çin də Tayvan adasına nəzarət etmək istəyir. Amma ABŞ bunun əleyhinədir. Bu istiqamətdə də gərginlik var. Bütün bunlara görə bu ilin ağır olacağını indidən demək olar”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar