Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Ukraynaya çağırış etdi: “Rusiya neftayırma zavodlarına hücumları dayandırın” - Foto

ABŞ hakimiyyəti Ukraynanı Rusiyanın enerji infrastrukturuna hücumları dayandırmağa çağırıb...

Bu barədə “Financial Times” nəşri məlumatlı mənbələrə istinadən xəbər verib.

Nəşrin mənbələrinin sözlərinə görə, Vaşinqton ehtiyat edir ki, Rusiyanın neft emalı zavodlarına pilotsuz uçuş aparatlarının vurduğu zərbələr dünya bazarında neftin qiymətinin artmasına gətirib çıxara, eləcə də Moskvanın cavab tədbirlərinə təhrik edə bilər.

Nəşrin xəbərinə görə, ABŞ administrasiyası bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin yüksək vəzifəli məmurlarına dəfələrlə xəbərdarlıq edib. Hər iki qurum tammiqyaslı müharibə başlayandan bəri Rusiya hədəflərinə quruda, dənizdə və havada zərbələr endirmək üçün öz pilotsuz uçuş aparatları proqramlarını davamlı olaraq genişləndirirlər.

Nəşrin mənbələrindən biri bildirib ki, Ağ Ev Rusiyanın qərbindəki neft emalı zavodlarına, terminallara və anbarlara Ukraynanın dron hücumlarından getdikcə daha çox gərginlik keçirməyə başlayır.

Vaşinqton eyni zamanda Moskvanın davam edən hücumlara mümkün cavabından da narahatdır.

Ağ Ev hesab edir ki, nəticədə Qərbin arxalandığı enerji infrastrukturu, məsələn, Qazaxıstan neftinin nəql olunduğu Xəzər Boru Kəməri Konsorsiumunun kəməri zərər görə bilər.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Erməniləri narahat edən və qorxudan xəritə - Foto

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Ən çox oxunanalar