Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ senatorları İlon Maska qarşı...

Senatorlar Maskın Krım yaxınlığında Starlink-i işə salmaqdan imtina etməsi ilə bağlı araşdırma aparmağa çağırırlar...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb.

ABŞ-ın Massaçusets ştatından olan demokrat senator Elizabet Uorren SpaceX-in rəhbəri İlon Maskın Ukraynanın Krım bölgəsində Starlink peyk internetinin işə salınması tələbini rədd etməsindən sonra biznesmenin fəaliyyətinin araşdırılmasını tələb edib. Onun çağırışını Senatın Silahlı Qüvvələr Komitəsinin rəhbəri, demokrat Cek Rid dəstəkləyib.

Konqres nə baş verdiyini və xarici siyasətin təkcə bir milyarderin deyil, hökumət tərəfindən idarə olunmasını təmin etmək üçün lazımi alətlərimizin olub-olmadığını araşdırmalıdır”, deyə Cek Rid bildirib.

Senator həmçinin Pentaqonu SpaceX-ə verilən müqavilələri nəzərdən keçirməyə çağırıb. Bloomberg qeyd edir ki, İlon Maskın sabah, sentyabrın 13-də Kapitoliyada senatorlarla qapalı görüşə qatılacaq texnologiya sənayesi rəhbərləri arasında olacağı gözlənilir.

Senator Rid həmçinin vəziyyətdən narahatlığını ifadə edərək qeyd edib ki, hökumətlər adətən peyklərə nəzarət edir və onlarla nə ediləcəyinə prezidentlər qərar verir. O izah edib ki, SpaceX müsbət dəyişikliklər edib, o cümlədən kosmosa uçuşların qiymətini aşağı salıb, lakin o, qeyd edib ki, bir şirkət milli təhlükəsizlik məsələsində son söz sahibi ola bilməz.

Qeyd edək ki, 2023-cü ilin fevralında SpaceX Ukrayna ordusunun pilotsuz təyyarələri idarə etmək üçün Starlink peyk rabitəsinə çıxışını məhdudlaşdırıb. Avqust ayında CNN bildirdi ki, İlon Maskın əməkdaşlarına gizli şəkildə Ukraynanın Rusiya donanmasına qarşı hərbi hücumlarının qarşısını almaq üçün 2022-ci ildə Krım sahillərində Starlink peyklərini bağlamağı tapşırıb. Mask sistemin orada işləmədiyini söyləyib, onu işə salmağın xahiş edildiyini təsdiqləyib və o, bundan imtina edib. O, bu əməlinə görə özünü "vətən xaini" hesab etmədiyini vurğulayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar