Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ rəsmisi Azərbaycanı təhdid etdi... - Vaşinqtondan gələn təhdid özünü necə göstərə bilər?

Samanta Pauer deyib ki, ABŞ-ın Dövlət Katibi Entoni Blinkenin və onun müavini Yiri Kimin Qarabağ ermənilərinə qarşı əməliyyat keçirilməsinin yol verilməz olmasını deməsinə baxmayaraq, Azərbaycan əməliyyat keçirib və buna görə adekvat cavab alacaq...

Politoloq: “Birtərəfli qaydada və obyektivlikdən kənar verilən belə bəyanatlar beynəlxalq qanunları açıq şəkildə pozur. Və deməliyəm ki, Samanta Pauerin və Yuri Kimin erməni diasporuna yaxın olması, onlara beynəlxalq qanunları bu qədər açıq şəkildə tapdalamasına haqq vermir”.

“Burada Azərbaycanı təhdid etmək, Azərbaycanı günahlandırmaq mümkün deyil və aydındır ki, bu bəyanatlar daha çox erməni lobbisinin rəğbətini qazanmaq naminə verilir”.

Bu sözləri politoloq İlyas Hüseynov yüksək səviyyəli ABŞ rəsmilərinin Azərbaycanı təhdid etməsini Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi dünən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) direktoru Samanta Pauer və ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin vəzifələrini icra edən Yuri Kim Ermənistana səfərə gəlib. Nikol Paşinyanla görüşündə Samanta Pauer bildirib ki, Azərbaycanın Qarabağda son antiterror əməliyyatına ABŞ adekvat cavab verəcək. Pauer həmçinin qeyd edib ki, ABŞ-ın Dövlət Katibi Entoni Blinkenin və onun müavini Yiri Kimin Qarabağ ermənilərinə qarşı əməliyyat keçirilməsinin yol verilməz olmasını deməsinə baxmayaraq, Azərbaycan əməliyyat keçirib və buna görə cavab verəcək.

Yüksək səviyyəli ABŞ rəsmisinin beynəlxalq normaları heçə sayaraq bu qədər yuxarıdan danışmasını necə dəyərləndirmək olar və faktiki olaraq Vaşinqtondan gələn təhdid özünü necə göstərə bilər?

ABŞ rəsmisinin Azərbaycanı təhdid etməsinin nəticələrini Poliqon-un əməkdaşı politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Beynəlxalq qanunlar Azərbaycanın tərəfindədir və rəsmi Bakı öz davranışları ilə beynəlxalq qanunları pozmur. Əksinə bu qanunları pozan məhz Ermənistan və onların havadarları. Ona görə də Samanta Pauerin hər hansı təhdidi Azərbaycan üçün heç bir şey kəsb eləmir”.

Sanki ABŞ məmurları arasında da fikir ayrılıqlarının olduğunu nəzərə çatdıran politoloq Poliqon-aaçıqlamaslnda bildirib ki, Samanta Pauer və Yuri Kim kimi məmurlar Ermənistanı açıq şəkildə müdafiə edirsı də, digər şəxslər, xüsusilə Entoni Blinken müəyyən qədər neytral mövqedən çıxış etməyi üstün tutur:

ABŞ regiondakı prosesləri yaxından izləyir və zaman-zaman burada öz maraqlarını güdür. Xüsusilə, Cənubi Qafqazdan Rusiyanı sıxışdırıb çıxarmaq istiqamətində dəfələrlə ABŞ-ın rəsmilərinin açıqlamalarını görmüşük. Rusiya-Ukrayna müharibəsi fonunda Cənubi Qafqaz öz resursları, strateji mövqeyini ilə daha artıq əhəmiyyət kəsb edir.

Azərbaycanın keçirdiyi uğurlu antiterror tədbirlərindən sonra hər zaman ölkəmizə qarşı qərəzli münasibəti ilə seçilən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin direktoru Samanta Pauer və ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin vəzifələrini icra edən Yuri Kim Ermənistana səfər etdi. Bu səfər çərçivəsində həddən artıq milli maraqlarımıza, təhlükəsizliyimizə zidd yanaşmalar müşahidə olundu və arzuolunmaz fikirlər səsləndirildi.

Azərbaycan beynəlxalq birliyin tam hüquqlu üzvü kimi BMT nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququna malikdir və ərazi bütövlüyünü, suverenliyini təmin etmək istiqamətində terrorçu ünsürləri zərərsizləşdirib, orada konstision quruluşunu bərqərar edib. Buna təəccüblənmək, bunu təhdid etmək, bununla razılaşmamaq və hədə-qorxu gəlmək də qəbuledilməzdir.

İlyas Hüseynov: “Azərbaycan Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli vətəndaşların qayğısına qalır və onların hüquqlarının, təhlükəsizliyinin qorunmasının əsas qarantıdır”.

Sanki ABŞ məmurları arasında da fikir ayrı-seçkiliyi var. Samanta Pauer və Yuri Kim kimi məmurlar Ermənistanı açıq şəkildə müdafiə etsə də, digər şəxslər, xüsusilə Entoni Blinken müəyyən qədər neytral mövqedən çıxış etməyi üstün tutur. Biz ərazi bütövlüyünə hörmət və suveren hüquqlarının qorunmasının tərəfdarıyıq və açığı yüksək çinli ABŞ məmurlarının bu tipli bəyanatları təəssüf doğurur. Çünki birtərəfli qaydada və obyektivlikdən kənar verilən belə bəyanatlar beynəlxalq qanunları açıq şəkildə pozur. Və deməliyəm ki, Samanta Pauerin və Yuri Kimin erməni diasporuna yaxın olması, onlara beynəlxalq qanunları bu qədər açıq şəkildə tapdalamasına haqq vermir. Beynəlxalq qanunlar Azərbaycanın tərəfindədir və rəsmi Bakı öz davranışları ilə beynəlxalq qanunları pozmur. Əksinə bu qanunları pozan məhz Ermənistan və onların havadarları. Ona görə də Samanta Pauerin hər hansı təhdidi Azərbaycan üçün heç bir şey kəsb eləmir.

Digər tərəfdən Azərbaycan bölgənin hərbisizləşdirilməsi, təhlükəsizlik seqmentinin gücləndirilməsi ilə yanaşı həm də reinteqrasiya prosesində maraqlıdır. Bölgəyə humanitar yardımların göndərilməsi göstərir ki, Azərbaycan humanitar dəyərlərdən çıxış edir. Azərbaycan Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli vətəndaşların qayğısına qalır və onların hüquqlarının, təhlükəsizliyinin qorunmasının əsas qarantıdır.

Burada Azərbaycanı təhdid etmək, Azərbaycanı günahlandırmaq mümkün deyil və aydındır ki, bu bəyanatlar daha çox erməni lobbisinin rəğbətini qazanmaq naminə verilir. Amma əlbəttə ki, Azərbaycanın əraziləri və milli maraqları naminə hansısa lobbis qurupun qulağına, gözünə xoş gəlmək naminə edilən çıxışlar da, aradan qaldırılmalıdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Ən çox oxunanalar