Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ prezidentinin müşaviri niyə özünə gələ bilmir?

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 12 yanvar 2019-cu il

Vaşinqtonun siyasi dedi-qodu çarxları heç durmaz, bu şəhər 7/24 siyasi dedi-qodu ilə yaşar. Bugünlərdə milli təhlükəsizlik və xarici siyasət dairələrinin sevimli dedi-qodusu Con Bolton və onun Türkiyə təmaslarıdır.

Deyirlər ki, Boltonun onsuz da çox dayanıqlı olmayan ruh halı Türkiyə səfərində baş verən hadisələrdən sonra daha da pozulub. Yaşadığı diplomatik rüsvayçılığı öz ətrafına danışarkən, onun çox əsəbiləşdiyi və yaşadıqlarına görə xeyli pərt olduğu görünürmüş.

Deyilənlərə görə, o, Ankarada yaşadıqları arasında ən çox Prezident Administrasiyasının İctimai Əlaqələr İdarəsinin rəisi prof. Fəxrəddin Altunun “Twitter”dən atdığı mesaya görə pərt olub və əsəbiləşib.

Türk qonaqpərvərliyi

Prezident Ərdoğan tərəfindən qəbul edilməyən və mətbuat konfransı keçirmədən tez-tələsik Ankaradan ayrılan Bolton üçün öz “Twitter” hesabından paylaşdığı mesajında Altun, “Ümid edirəm, özü bütün dünyada məşhur olan türk qonaqpərvərliyini dadmışdır” ifadəsini işlətmişdir.

Oxuyarkən təbəssüm etməyimə səbəb olan bu ağıllı mesajın Boltonu pərt etməsi və əsəbiləşdirməsi, təbii, normaldır. Lakin geri döndükdən sonra, aradan zaman keçməsinə rəğmən, bunu öz ətrafına da anlatması canının xeyli yandığını göstərir.

Görəsən, fərqindədirmi?

Əslində, Boltonun Ankarada yaşadıqları sadəcə özünün səbəb olduğu şeylərdir. İsraildə olarkən elə boş-boş danışmasaydı, Ankarada başına gələnlərin heç biri olmaya bilərdi.

Lakin ruhi dayanıqlığı onsuz da pozulduğundan, söhbət İsrail məsələsinə gəldikdə isə əməlli-başlı qəribələşdiyindən, bəzən nəyi necə danışacağını unuda, dediklərinin nələrə səbəb ola biləcəyini dəyərləndirməkdən uzaqlaşa bilir. Bir az soyuqqanlı düşünsəydi, İsraildə dediklərinin Ankarada heç xoş qarşılanmayacağını onun özü belə görməliydi. Lakin yenə dayanıqsız ruh halına məğlub oldu, yenə özünü itirib danışdı və sonra Ankaraya gəldi…

Buradakı təcrübəli diplomatik dairələr Boltonun Ankarada yaşadıqlarının tam bir diplomatik rüsvayçılıq olduğunu düşünürlər. Açığı, Bolton, Altunun o zarafatcıl və son dərəcə zəki mesajını da haq etdi. İndi isə əsəbiliyini öz ətrafına ifadə edərək, rahatlamağa çalışır.

Pentaqondan Bolton açıqlaması

Pentaqondan Bolton açıqlaması

 

Bu arada, Vaşinqtonda qurumlararası əlaqəsizlik və anlaşılmazlıqlar davam edir. Cümə günü çıxan “Wall Street Jounal” qəzetində müdafiə sahəsindəki təcrübəli jurnalistlərə açıqlama verən Pentaqondakı vəzifəli şəxs “Biz Boltondan əmr almarıq, çəkilmə prosesi davam edir” dedi.

Buradakı diplomatik mənbələr bu açıqlamadan sonra Milli təhlükəsizlik müşavirinin, əslində, istefa etməli olduğunu söyləyirlər. Ancaq bunun Boltondan gözlənməməsini də əlavə edirlər.

Pentaqondakı qaynaqlar Suriyadan geri çəkilmənin logistikası baxımından, bəzi hərbi hərəkətliliyin müşahidə edilə biləcəyini və bunun təəccüblü qarşılanmamalı olduğunu söyləyirlər. Onlar Suriyadan geri çəkilmə prosesinə yardım etmək üçün Küveytdən, İraqdan və Aralıq dənizindəki gəmilərdən əlavə hərbçilərin göndərilə biləcəyini bildirirlər.(Tərcümə Strateq.az)

pia.az


Etiket: Bolton

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar