Keçmiş və hazırkı yüksək rütbəli məmurların müdafiəsini təmin etməkdən məsul olan ABŞ Məxfi Xidməti keçmiş prezident Donald Trampın həbsxanaya göndəriləcəyi təqdirdə onun təhlükəsizlik tədbirlərini planlaşdırmağa başlayıb...
Poliqon xəbər verir ki, bu barədə mənbələrə istinadən ABC News telekanalı məlumat yayıb.
Qeyd edilir ki, məmurlar Trampın məhkəmə binasındakı saxlama kamerasına göndərilib-göndərilməyəcəyini dəqiq bilmədən gözlənilməz bir vəziyyət planlaşdırırlar. Kanal xəbər verir ki, Məxfi Xidmət məsələ ilə bağlı şərh verməyib.
Aprelin 22-də Nyu Yorkda Trampa qarşı biznes sənədlərinin saxtalaşdırılması işi üzrə məhkəmə iclası keçirilib. İttiham tərəfi iddia edib ki, Trampın vəkili Maykl Koen siyasətçinin 2016-cı il prezident seçkilərində qələbəsi ərəfəsində porno ulduz Stormi Danielsə (əsl adı Stefani Klifford) susması üçün 130 min dollar verib. Qadın Trampla 2006-cı ildə görüşdüyünü iddia edir. Siyasətçi porno aktrisanın dediklərini təkzib edir.
ABŞ-ın keçmiş prezidenti Daniels də daxil olmaqla iki qadına ödənişlərlə bağlı 34 iş sənədlərini saxtalaşdırmaqda ittiham olunur. Ona qarşı irəli sürülən bütün ittihamlar üçün mümkün olan maksimum cəza 136 il həbsdir. Tramp özünü günahsız hesab edir və onun yenidən namizəd olmaq niyyətinə görə təqib edildiyini irəli sürür.
Poliqon.info