Cümə, 04 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ kəşfiyyatı COVID-19-un laboratoriya mənşəyinə dair heç bir sübut tapmadı

ABŞ kəşfiyyat agentlikləri COVID-19 pandemiyasının Vuhan Virusologiya İnstitutundakı insidentdən qaynaqlandığına dair birbaşa sübut tapmayıb...

Poliqon xəbər verir ki, bu barədə Milli Kəşfiyyat Direktorunun Ofisinin (ODNI) məxfilikdən çıxarılmış hesabatında deyilir. Dörd səhifəlik sənəddə deyilir ki, kəşfiyyat virusun laboratoriya mənşəyini istisna edə bilməz.

"Mərkəzi Kəşfiyyat İdarəsi və digər qurumlar COVID-19 pandemiyasının dəqiq mənşəyini müəyyən edə bilmirlər, çünki hər iki fərziyyə (təbii və laboratoriya mənşəli) əhəmiyyətli ehtimallara əsaslanır və ya ziddiyyətli hesabat problemi ilə üzləşir", deyə sənəddə qeyd edilir.

Hesabatda bildirilir ki, Vuhan İnstitutu koronaviruslar üzərində araşdırma aparıb, lakin COVID-19 pandemiyasının başlanmasına səbəbin institutun olmasına dair heç bir dəlil tapmayıb.

Prezident Co Bayden Konqresin qəbul etdiyi müvafiq qanunu imzaladıqdan sonra hesabatın məxfiliyi ləğv edilib. “The Wall Street Journal” ABŞ kəşfiyyatının hesabatına istinadən Energetika Nazirliyinin pandemiyanın səbəbi kimi laboratoriya sızmasını hesab etdiyini bildirdikdən sonra məsələ ABŞ-da yenidən müzakirə olunmağa başlayıb. FTB bu təxminləri təsdiqləyib.

2021-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı bir hesabatda COVD-19-un laboratoriya mənşəli olmasını "çox çətin" adlandırıb. ÜST hesab edir ki, çox güman virus insanlara yarasalardan başqa heyvan vasitəsilə keçib. 2023-cü ilin fevralında təşkilat "məlumat toplama problemləri" səbəbindən koronavirusun mənşəyi ilə bağlı araşdırmanı dayandırıb. Təşkilat Çin hakimiyyətinin ÜST ilə əməkdaşlığı dayandırması səbəbindən araşdırmanın ikinci mərhələsinin iflasa uğradığını bildirib. Çin bu məsələni siyasiləşdirməməyə çağırıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib - Yenilənib

“Qarabağ” “Malmö”yə məğlub olub - Yenilənib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - Yenilənib

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - Yenilənib 

"İdman TV"nin direktoru işdən çıxarıldı - Yenilənib

Ayxan Hacızadə: Litva XİN rəhbərinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir

Sabiq deputat Hüseyn Abdullayevin məhkəmə prosesi keçirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay