Çərşənbə, 11 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Ukraynaya yardım üçün 5.75 milyard dolları qalıb...

Maliyyə ilinin sonuna qədər (30 sentyabr) Pentaqonun Ukraynaya yardım üçün 5,75 milyard dolları qalıb..

Poliqon xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi polkovnik-leytenant Qarron Qarn məlumat verib.

“Avqustun 29-na olan məlumata görə, Ukrayna üçün PDA-nın sərəncamında təxminən 5,75 milyard dollar qalıb”, deyə polkovnik-leytenant bildirib.

Söhbət PDA (Prezident Drowdown Authority) mexanizmindən gedir - o, ABŞ prezidentinə federal mülkiyyətdən dövlət əmlakının ehtiyatlarını köçürməyə, yəni hərbi anbarlardan Ukraynaya silah göndərməyə imkan verir.

Müharibə başlayandan bəri prezident Co Baydenin administrasiyası Ukraynaya 43 milyard dollar hərbi yardım ayırıb. Avqustun əvvəlində Bayden Konqresdən Ukraynaya daha 24 milyard dollar yardım göstərməyi xahiş edib. Bu vəsaitin 13,1 milyard dolları silahlanmaya, 8,5 milyard dolları iqtisadi və humanitar yardıma, 2,3 milyard dolları isə digər donor yardım proqramlarına yönəldiləcək.

İyun ayında Pentaqon müəyyən edib ki, münaqişə zamanı Ukraynaya göndərilən hərbi yardım 6,2 milyard dollar (2023-cü maliyyə ili üçün 3,6 milyard dollar və 2022-ci maliyyə ili üçün 2,6 milyard dollar) çox qiymətləndirilib. Səhv, hesablamada köhnəlmə nəzərə alınmaqla satınalma qiymətindən deyil, Pentaqonun anbarlarında silahların dəyişdirilməsinin dəyərindən istifadə edilməsi ilə əlaqədar baş verib. Bu səhv Pentaqona Ukraynaya daha 6,2 milyard dollar ayırmağa imkan verib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Murad Dadaşov Aytən Səfərova ilə bağlı qərar verdi

Azərbaycanda bəzi universitetlər yenidən təşkil ediləcək - Qərar

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb - Yenilənib

Rusiyaya qarşı sanksiyalar dünyanın ən böyük uran mədənçisinə problemlər yaradıb

Rusiya ordusu Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb

Bakıda gecə baş verən silahlı insidentin yeni görüntüləri

Azərbaycanda dollara tələb ən yüksək səviyyəyə çatdı

Britaniya Rusiyaya qarşı sanksiyaların ləğvi üçün şərtləri açıqlayıb

Prezident XVII Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılar və onların məşqçilərini mükafatlandırıb

Sumqayıtda yanğında ölən qadının kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar