Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın müttəfiqləri Trampın Ağ Evə qayıtmasından qorxur

ABŞ-ın bir çox müttəfiqi Donald Trampın 2024-cü ilin payızında keçiriləcək prezident seçkilərində qalib gələ bilməsindən narahatdır...

Poliqon xəbər verir ki, Bloomberg Agentliyi bu barədə Avropa, Asiya, Afrika və Latın Amerikası hökumətlərindəki mənbələrə istinadən yazıb.

Agentliyin məlumatına görə, dünya ölkələri Trampın mümkün uğuruna "həssas, lakin təcili" hazırlaşır.

Bloomberg-in həmsöhbətləri qeyd ediblər ki, ABŞ-ın müttəfiqləri siyasətçinin "birinci Amerikadır" açıqlamalarından və NATO-dan çıxmaqla hədələməsindən, eləcə də proteksionist ticarət siyasətindən narahatdırlar.

Yüksək rütbəli diplomatlardan biri deyib ki, Avropa İttifaqının sammitlərində bəzi liderlər Trampın Ağ Evə qayıtması ehtimalı barədə danışmaqdan belə çəkinirlər, çünki bunun ehtimalının artacağını bilirlər.

Qeyd edək ki, Tramp Ayova ştatında keçirilən Respublikaçılar Partiyasının praymerizində 51% səslə qalib gəlib. Siyasətçi bu səsvermənin nəticələri ilə fəxr etdiyini bildirib.

İkinci yerdə 21,2 faiz səslə Florida qubernatoru Ron DeSantis, üçüncü yerdə isə 19,1 faiz səslə ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi və Cənubi Karolinanın eks-qubernatoru Nikki Heyli qərarlaşıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar