Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın minlərlə şəhəri 2100-cü ilə qədər xəyalət şəhərlərə çevrilə bilər

Demoqrafik problemlər üzündən ABŞ-ın bir çox şəhərləri 2100-cü ilə qədər xəyalət şəhərə çevrilə bilər...

Poliqon xəbər verir ki, bu barədə “Nature Cities” jurnalında dərc edilən yeni araşdırmada bildirilir.

İllinoys ştatındakı Çikaqo Universitetinin tədqiqatçıları yazır ki, ABŞ-ın 30 000-ə yaxın şəhərinin demək olar ki, yarısı əhalinin azalması nə ticədə şəhərlərin yox olması ilə üzləşəcək.

Tədiqiqatda qeyd edilir ki, şimal-şərq və Orta Qərbdəki böyük şəhərlər artıq yavaş-yavaş öz əhalisini itirir. Tədqiqatçılar cənub və qərb bölgələrindəki şəhərlərdə əhalinin artımı müşahidə etsələr də, Alabama, Corciya və Tennessi ştatlarının bəzi böyük şəhərləri tədricən boşalır.

Məsələn, Klivlend, Buffalo və Pitsburq şəhərlərində 2100-cü ilə qədər əhali 12-23 faiz azaldıla bilər və hal-hazırda əhalisi azalmayan Luisvill, Nyu Haven və Surakuza kimi şəhərlərində əhali çox güman ki, tezliklə azalacaq.

Tədqiqat əhalinin qocalmasının təsirindən tutmuş iqtisadiyyatdakı dəyişikliklərə, əmək haqqına və nəqliyyat imkanlarına, eləcə də iqlim dəyişikliyi və digər amillərə qədər demoqrafik dəyişikliklərə təsir edən mümkün səbəbləri araşdırıblar.

Tədqiqat həmçinin bəzi ərazilərdə miqrasiyanın şəhər əhalisinin azalmasına təsirini araşdırıb. Hazırda əhalinin azalması müşahidə olunan Nyu-Yorkun Long Island və Çikaqo bölgəsi kimi kiçik şəhərlər hələ də immiqrasiya sayəsində inkişaf edə bilər.

Tədqiqatda deyilir: “Şimal-Şərq və Orta Qərbdə əhalisi azalan şəhərlərin sayı cənub və qərbdəkindən daha çox olacaq. Baxmayaraq ki, Şimal və Orta Qərbdə bir çox şəhərlər hələ də əhali artacaq. Kaliforniyanın cənub sahili də əhalini itirə bilər, şimal sahili isə əhali qazana bilər”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar