Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın heyrətləndirici məğlubiyyəti…

İran və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin bərpası ABŞ üçün məğlubiyyət kimi dəyərləndirilib…

Poliqon.info xəbər verir ki, amerikalı mütəfəkkir Tomas Lifson American Thinker nəşrində yazdığı məqaləsində İranSəudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin bərpasını ABŞ-ın üçün məğlubiyyəti kimi dəyərləndirib.

Tomas Lifson yazır ki, and düşmənləri” olan şiə İran və sünni Səudiyyə Ərəbistanının Pekində Çinin vasitəçiliyi ilə razılaşma əldə etməsi, hətta bu razıaşmaya görə iki ölkə arasnda səfirliklərin bərpa olunması ilə bağlı “şok xəbər” ABŞ üçün heyrətləndirici məğlubiyyətdir. Lifsona görə, bu, ABŞ-ın Yaxın Şərqdə və bütün dünyada diplomatik təsirinin əsaslarını təhdid edir.

Müəllifin qeyd edir ki, Səudiyyə Ərəbistanı artıq İranın “cihadında” və İsraillə münasibətlərin qurulması məsələsində Vaşinqtonun etibarlı tərəfdaşı deyilsə, o zaman Amerika tərəfinin Orta Şərqdə qüvvələr balansı ilə bağlı bütün hesablamaları boşa gedib.

“Məsələ ən azı ondan ibarətdir ki, Amerikanın nüfuzu, eləcə də bizim dünyada təsirimiz haqqında təsəvvür kəskin şəkildə pisləşib, bizim təbliğat mediamız isə Amerika ictimaiyyətinin bundan xəbərsiz olması üçün əlindən gələni edir”, deyə Tomas Lifson yazır.

Lifsonun fikrincə, Çinin ABŞ-ı ən mühüm oyunçu kimi kənarlaşdırdığı Yaxın Şərqdə qələbə çalması prezident Co Bayden administrasiyasının öz hərəkətləri ilə təhrik etdiyi fəlakətin əsas əlamətlərindən biridir.

“Bu, bizim üçün, Yaxın Şərqin neft tədarükündən asılı olan Avropa, Yaponiya, Koreya və Tayvanlı müttəfiqlərimiz, eləcə də İsrail üçün çox pis xəbərdir”, deyə Lifson qeyd edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Ən çox oxunanalar