Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abort olunan məktəblilər: Erkən nikahların acı statistikası – Video

Ölkəmizdə erkən nikahların rekord həddə çatdığı tarixlər açıqlanıb...

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata əsasən, erkən nikahların statistik göstəricisi ən çox 2011-ci ildə alınıb ki, bu da 5138 olub.

ARB TV-nin efirində “Günə doğru” verilişində məsələ ilə bağlı sujet yayımlanıb.

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Aynur Veysəlova deyib ki, aparılan maarifləndirmə işlərinin nəticəsi olaraq, bu rəqəm 2018-ci ilə nisbətən kifayət qədər aşağı düşüb.

Təhsil eksperti Kamran Əsədov isə iddia edir ki, xüsusən Bakının ətraf kəndlərində və bölgələrdə bu hallara çox rast gəlinir.

“Eyni zamanda şimal və cənub bölgəsində azyaşlı xanımların böyük əksəriyyətinin erkən nikahlara cəlb olunması ilə bağlı statistik məlumatlar var. Biz bunu konkret olaraq təhsil müəssisələrində oxuyanların sayında da görürük. Əgər birinci sinifdə təhsil alan şagirdlərin sayı 165 mindirsə, doqquzuncu sinifdə bu rəqəm 110 minə, 11-ci sinifdə isə 82 minə düşür”.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2018-ci ildə nikah yaşı olmayan 15-17 yaşlı məktəbi qızlar arasında abortların sayı 40 nəfər təşkil edib.

Aynur Veysəlova bildirib ki, 2011-ci ildə əgər 15-17 yaşlı qadınlar tərəfindən 4392 uşaq doğulurdusa, 2018-ci ilin son rəqəmi 2129-dur.

“Bu da onu göstərir ki, belə halların sayı iki dəfədən çox azalıb”,- deyə A.Veysəlova əlavə edib.

Ölkəmizdə nikah yaşı 18 olaraq qeyd edilir. İstisna hallarda isə bu yaş həddi 17-ə endirilə bilər. Lakin 18 yaşdan aşağı yeniyetmələri evliliyə məcbur etmək və ya cinsi istismar etmək cinayət əməli sayılır.

Hüquqşünas Siracəddin Kərimov deyib ki, yetkinlik yaşına çatmayan şəxsi nikaha məcbur etmə dörd ilə qədər azadlıqdan məhrum etmə və yaxud üç mindən dörd min manata qədər cərimə cəzasının tətbiqinə səbəb ola bilər.

Təhsil eksperti Kamran Əsədov isə məktəblərdə cinsi inkişaf və cinsi tərbiyə dərsinin tədris olunmasını çıxış yollarından biri kimi görür.

“Əgər hər hansı bir dərsliyə biz bununla bağlı mövzu salsaq, bu o demək deyil ki, şagirdləri oyatmış olarıq. Orta ümumtəhsil məktəblərində mütəxəssislər tərəfindən cinsi tərbiyə dərsləri verilməlidir. Yəni siz hər hansı bir problemlə qarşılaşanda ondan az zərərli necə çıxa bilərsiniz və ya bunda digər yoluxucu xəstəliklər yarana bilərmi və s.”.

Ölkəmizin təhsil haqqında qanunlarında da göstərilir ki, altı yaşdan 17 yaşa qədər bütün şagirdlər icbari təhsil almalıdırlar. Şagirdlərin bu cür hallarla təhsildən yayındırılması isə istənilən halda yol verilməzdir.

pia.az


Etiket: erkən nikahlar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İranın hökumət nümayəndə heyəti Raisi helikopterinin sərt eniş etdiyi yerə gedib - Yenilənib

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş konsert proqramı keçirilib

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub

Şamaxıda dəm qazı 63 yaşlı qadını öldürüb

İmtahana hazırlaşanların nəzərinə: Günün bu saatları dərs oxusanız, beyin...

İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Ferstappen Emiliya-Romanya Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

Ən çox oxunanalar