Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abid Şərifovun ailə üzvlərinə aid şirkətlərin 100 minlərlə vergi borcu var - Siyahı

Azərbaycanın nəhəng tikinti şirkətlərindən biri olan “Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" ASC-nin (VÖEN – 1000085511) dövlət büdcəsinə 1 milyon 451 min 373 mnat 61 qəpik vergi borcu var.

PİA.az xəbər verir ki, 2013-cü ildə etibarən “Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" adı ilə fəaliyyət göstərən ASC 2013-cü ilə kimi "Azərkörpü" adı ilə fəaliyyət göstərib. "Azərkörpü" ASC isə 2001-ci ildən əvvəl dövlətə məxsus olub və özəlləşdirilib.

Qeyd edək ki, açıqlanan məlumatlara görə “Avro-Asiya İnşaat Korporasiyası "EVRASCON" ASC-nin əsas səhimdarlarının (12%-dən çox paya sahib) biri Baş nazirin sabiq müavini Abid Şərifovun həyat yoldaşı Şərifova Sədayə Yaqub qızıdır.

Məlumat üçün bildirək ki, Şərifova Sədayə Yaqub qızı 27.07. 2001-ci ildə dövlət qeydiyyatına alınan “Kəpəz-S” Firmasının da 3 ortağından biridir. Hazırda bu şirkətin də dövlət büdcəsinə 1 739 manat 91 qəpik borcu var.

Abid Şərifovun həyat yoldaşından başqa qızının da dövlət büdcəsinə vergi borcu var. Baş nazirin sabiq müavini qızı – Mahmudova Təranə Abid qızının qanuni təmsilçi olduğu “Güvən 2017” MMC-nin də dövlət büdcəsinə 240 manat vergi borcu var.

Onu da qeyd edək ki, İngiltərənin paytaxtı Londonda fəaliyyət göstərən və Abid Şərifovun nəvəsi Nicat Mahmudova məxsus “Abeona Global Limited” şirkətinin də maliyyə vəziyyəti ürəkaçan deyil. “Abeona Global Limited” şirkətinin aktivləri 2018-ci ildə 259 min 626 funt-sterlinq ( 343 min dollar) olduğu halda, 2019-cu ilin sonunda bu göstərici kəskin şəkildə azalaraq cəmi 16 funt-sterlinq (21 dollar) olub.

Müvafiq qurumlarının açıqladığı məlumatlarda qeyd olunur ki, “Abeona Global Limited” şirkətinin bank hesabında cəmi 16 funt-sterlinq vəsait var.

1991-ci ildə anadan olan Nicat Mahmudov eyni zamanda 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovun oğludur. Nicat Mahmudov anası, yəni Abid Şərifovun qızı – Təranə Mahmudova isə Azərbaycanda 2 şirkətin qanuni təmsilçisidir. Bu şirkətlər 2002-ci ildə qeydiyyata alınan “A.N.N.N” MMC və 2017-ci ildə qeydiyyata alınan "GÜVƏN 2017" MMC-dir. Təranə Mahmudova eyni zamanda Nərimanov rayonunda fəaliyyət göstərən “Optimed” Tibb Mərkəzinin də direktorudur. Abid Şərifovun oğlu Elçin Şərifov isə “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Abşeron filialına rəhbərlik edib. (yeniavaz.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Elza Seyidcahanın seçki posterini cırdılar - Video

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

"Eagle Partner 2024" təlimi: Azərbaycan, Rusiya və İran hədəfdə

Mehriban Əliyeva parataekvondoçu Sabir Zeynalovu təbrik edib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Ən çox oxunanalar