Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abel Məhərrəmovun oğluna fəxri ad verildi

İspaniya Krallığı Diplomatiya Akademiyasının Madrid şəhərindəki mənzil-qərargahında bu akademiyanın yeni fəxri akademiklərinin təltif olunması mərasimi keçirilib

Tədbirdə akademiyanın icraçı prezidenti Santiyaqo Velo de Antelo, idarə heyətinin üzvləri, İspaniya Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin yüksəkvəzifəli şəxsləri, İspaniyanın xarici ölkələrdəki səfirləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və digər tanınmış şəxslər iştirak ediblər.

İspaniyanın xarici ölkələrdəki səfirləri və İspaniya Krallığının xarici işlər nazirlərinin təşəbbüsü və səyləri nəticəsində təsis edilmiş akademiya diplomatiya və beynəlxalq münasibətlər sahəsində ölkənin ən mötəbər qurumlarından biridir.

Tədbiri açan akademiyanın icraçı prezidenti Santiyaqo Velo de Antelo həm İspaniyanın xarici ölkələrdəki səfirləri, həm də bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri üçün akademiyanın ən ali – fəxri akademik mükafatının təsis edildiyini bildirib. O qeyd edib ki, xarici ölkələrin İspaniyada akkreditə olunmuş səfirlərinin öz ölkələri ilə İspaniya arasında əlaqələrin inkişafına verdikləri töhfə fəxri akademik mükafatla təltif edilərkən əsas meyar kimi götürülür.

Tədbir zamanı İspaniyada akkreditə olunmuş dörd ölkənin – Azərbaycan, Avstriya, Rumıniya, Ekvatorial Qvineyanın səfirləri akademiyanın yeni fəxri akademiki adına layiq görülüblər. S.Velo de Antelo İspaniya ilə digər dövlətlər arasında münasibətlərdən bəhs edərək, Azərbaycanda hərtərəfli inkişaf fonunda əldə olunan nailiyyətlərin ölkələrimiz arasında münasibətlərin daha da inkişafına xidmət etdiyini vurğulayıb.

Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov fəxri akademik adına layiq görüldüyü üçün İspaniya Krallığı Diplomatiya Akademiyasının icraçı prezidentinə və idarə heyətinin üzvlərinə minnətdarlığını bildirib. O, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi strategiyaya uyğun olaraq ölkəmizlə İspaniya arasında münasibətlərin bu gün yüksələn xətt üzrə inkişaf etdiyini söyləyib.

Sonda fəxri akademik adına layiq görülmüş şəxslərə İspaniya Krallığı Diplomatiya Akademiyasının fəxri diplomu və nişanları təqdim edilib.(Azərtac)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - Yenilənib

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Ən çox oxunanalar