Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

5G standartı 2019-cu ildə yaradılacaq

"Samsung" şirkəti Seulda keçirilən "5G Vertical Summit 2018" tədbirində beşinci nəsil mobil rabitə (5G) sahəsində yeni standartların qəbul ediləcək vaxtını açıqlayıb

PİA.AZ ICTnews-a istinadən bildirir ki, ötən ilin dekabrında "3GPP" konsorsiumu tərəfindən "5G" standartına keçid üçün aralıq halqa qismində istifadə olunan mövcud "4G Long Term Evolution" (LTE) texnologiyalarından istifadə edən "5G Non-Standalone" (NSA) standartı təsdiq edilib. Daha sonra "5G Standalone (SA) Release 15" standartı bəyənilib.

Məlumata görə, bu istiqamətdə növbəti addım isə "5G Release 16" spesifikasiyalarının qəbulu olacaq. Burada "ağıllı" istehsalat, internetə qoşulmuş nəqliyyat vasitələri, özəl şəbəkələr və korporativ infrastrukturlar üçün standartlar təsvir olunacaq. "5G Release 16" spesifikasiyasının hazırlanmasının 2019-cu ilin dekabrında başa çatdırılması nəzərdə tutulur.

Bildirilir ki, "Samsung" şirkəti "5G" sahəsində 2012-ci ildən tədqiqatların aparılması ilə məşğuldur. 2015-ci ildə şirkət "5G" şəbəkəsində ultrayüksəktezlikli diapazonda (mmWave) işləyən baza stansiyaları arasında ilk mobil rabitə seansını nümayiş etdirib. 2017-ci ildə "5G" şəbəkəsinin saatda 200 km/saat sürətlə hərəkət edən avtomobildə kommunikasiya imkanları təqdim olunub.

Məlumat üçün qeyd edək ki, "5G" mövcud "4G" şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan "4G" şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı "5G" şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Sabah Astara və Lənkəranın bəzi ərazilərində qazın verilişi dayandırılacaq

Ermənipərəst Menendes federal məhkəmə tərəfindən bütün maddələr üzrə təqsirli bilinib

Azərbaycanda dəhşət: Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş

Ən çox oxunanalar