Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2023-cü ildə Azərbaycanda ÜDM artımı niyə kəskin aşağı düşüb?... - Ekspert açıqladı

Bu il Azərbaycanda ÜDM artımı 0.8 faiz civarında olub...

İqtisadçı-ekspert: “Düşünürəm ki, Azərbaycanda ümumdaxili məhsulun 0.8 faizlik artımının əsas səbəbi əvvəlki ildə artımın çox kəskin şəkildə yuxarı olması olub”.

“Ölkə iqtisadiyyatı iki il ərzində getməli olduğu yolun birinci ildə təxminən 80 faizini gedib, sonrakı ildə isə artıq 20 faiz gediş qalır”.

Bu sözləri iqtisadçı-ekspert Eldəniz Əmirov bu il ölkədə ÜDM artımın 0.8 faiz civarında olma səbəblərini Poliqon-a şərh edərkən qeyd edib.

2023-cü ildə Azərbaycanda ÜDM artımı kəskin aşağı düşüb və 0.8 faiz civarında olub. Bu Ermənistan və Gürcüstanla müqayisədə şox aşağı göstəricidir. O cümlədən, MDB məkanında da ən aşağı göstərici Azərbaycanda müşahidə olunur. Hətta total sanksiyalara məruz qalan Rusiya və Belarusda belə iqtisadi artım Azərbaycandan yüksəkdir.

Bunun obyektiv və subyektiv səbəbini nəylə izah etmək olar? ÜDM-un azalmasında hökümətin iqtisadi siyasəti hansısa rol oynayıbmı və hansı problemlər iqtisadi artımı bu şəkildə əngəlləyir?

Mövzunu Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Eldəniz Əmirov ilə müzakirə edib.

Eldəniz Əmirov: “Əgər ötən il ümumdaxili məhsulda artım daha böyük surətdə olmasaydı, bu il artım normal olacaqdı”.

2022-ci ildə olan kəskin artımın böyük rəqəmin daha çox artırılmasına imkan vermədiyini qeyd edən ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, neft-qaz qiymətlərinin ötən illə müqayisədə aşağı olmasından dolayı belə vəziyyət yaranıb:

“Düşünürəm ki, Azərbaycanda ümumdaxili məhsulun 0.8 faizlik artımının əsas səbəbi əvvəlki ildə artımın çox kəskin şəkildə yuxarı olması olub. Yəni, sadə dildə ifadə etsək, əgər ötən il ümumdaxili məhsulda artım daha böyük surətdə olmasaydı, bu il artım normal olacaqdı.

Belə ki, ötən il neft-qaz qiymətlərinin kəskin yuxarı olması ölkədə ümumdaxili məhsulu daha böyük rəqəmlərlə ifadə olunmasına imkan verdi. Sadə dildə ifadə etsək, ölkə iqtisadiyyatı iki il ərzində getməli olduğu yolun birinci ildə təxminən 80 faizini gedib, sonrakı ildə isə artıq 20 faiz gediş qalır.

Yəni, 2022-ci ildə olan kəskin artım böyük rəqəmin daha çox artırılmasına imkan vermədi. Ələxsus da, neft-qaz qiymətlərinin ötən illə müqayisədə aşağı olmasından dolayı belə vəziyyət yarandı”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Ən çox oxunanalar