Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Zaurla videosu yayılan qadın işini itirib, ailəsi dağılıb, uşaqları əlindən alınıb"

Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkərək yaymaqda ittiham olunan polkovnik Zaur Mirzəyevə qarşı mülki iddia qaldırılıb...

Poliqon.info "Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda zərərçəkmiş qismində tanınan qadınlardan biri ona dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq Z.Mirzəyevdən 192 min manat tələb edib. Bu barədə zərərçəkmişin vəkili məhkəmədə mülki iddia qaldırıb.

Zərərçəkmişin sözlərinə görə, Mirzəyevin hərəkətləri nəticəsində onun həyatı darmadağın olub – işini itirib, ailəsi dağılıb, uşaqları əlindən alınıb, sığınacaqda yaşamaq məcburiyyətində qalıb və s.

Z.Mirzəyev isə qadınlarla münasibətlərini gizli şəkildə çəkdiyini təsdiqləsə də, heç kimi heç nəyə məcbur etmədiyini, görüntüləri də özünün yaymadığını bildirib.

Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi olmuş Mirzəyevin cinayət işi üzrə gizli şəkildə videosu çəkilən iki qadınla yanaşı, FHN də zərərçəkmiş qismində tanınıb. İttihama görə, polkovnik hərəkətləri ilə nazirliyin nüfuzuna zərbə vurub.

Qeyd edək ki, proses qapalı keçirilir. Buna baxmayaraq, zərərçəkmişlərdən biri məhkəmə prosesinin açıq keçirilməsini, ictimaiyyətin baş verənlərdən xəbər tutmasını istəyirdi.

Xatırladaq ki, sözügedən görüntülər 2022-ci il avqustunda sosial şəbəkələrdə yayılıb. Bundan sonra Zaur Mirzəyev həbs olunub. İttihama əsasən, Z.Mirzəyev iş otağındakı kompüterinə xüsusi proqram vasitəsilə video və foto çəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırıb. 2013- 2019-cu illərdə xidməti otağında tabeliyində olan qadınlarla münasibətlərini lentə alıb. Ona qarşı 3 fərqli maddə ilə ittiham irəli sürülüb.

poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar