Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Özünüməşğulluq proqramının iştirakçılarına qoca, qısır və qotur heyvanlar verilir"

"Ünvanlı sosial yardıma şərik olanlar, indi də özünüməşğulluq proqramından qazanmağa başlayıblar"

 

PİA.AZ xəbər verir ki, bu sözləri iqtisadçı-alim Qubad İbadoğlu özünüməşğulluq proqramının icrası çərçivəsində layihə qalibi olan vətəndaşlara verilən heyvanların sağlam olmadığını qeyd edərkən bildirib.

O, rəsmi "facebook" səhifəsində məsələyə münasibət bildirərək vurğulayıb ki, yaşanan mənfi hal pis idarəçiliyin davam etməsinin göstəricisi kimi qəbul edilə biər:


"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramının icrası çərçivəsində layihə qalibi olan vətəndaşlara ailəsini maddi baxımdan təmin edəcək təsərrüfata sahib olmaq üçün verilən heyvanların dişsiz, qısır, bəzi hallarda qotur olması bu sistemdə korrupsiyanın, pis idarəçiliyin davam etməsinin göstəricidir.

Ünvanlı sosial yardıma şərik olanlar, indi də özünüməşğulluq proqramından qazanmağa balşayıblar. Sosial müfəttişlər proqram çərçivəsində ailəyə təsərrüfat yaratmaq üçün ayrılan vəsait hesabına alınan heyvanların qiymətini artırmaqla yanaşı, onların çıxdaş və zay olanlarını alır, sağlam və baha qiymətə rəsmiləşdirirlər.

Hesab edirəm ki, xüsusilə də aztəminatlı təbəqənin müstəqil qazanc mənbəyinin formalaşmasına yönələn bu proqramın icrası mətbuatın və vətəndaş cəmiyyətinin ictimai nəzarətindən kənarda qala bilməz. Eyni zamanda Nazirlik açıqlanan faktlara aydınlıq gətirməli və bu proqramın icrasına məsul olan şəxsləri cəzalandırmalıdır".

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Masallıdakı restoranlardan biri dövlətə məxsus əraziləri zəbt edib?

Diqqət: Xaricdən Azərbaycana göndərilən bağlamalar vasitəsilə meymunçiçəyinə yoluxa bilərsiniz

Ən çox oxunanalar