Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Oğurladıqları pulu dövlət büdcəsinə köçürsünlər" - Rəsul Quliyevdən təklif

"Mədəniyyət Nazirliyini oğru quldur yuvasına çevirənlər bu gün Azərbaycanın milli idealogiyasını yaradanların məhsullarıdır"...

Azərbaycanda 20 illərlə vəzifə tutmuşlar maksimum 5 il işləyəndən sonra olan qalan ağlını vəzifəsindən istifadə edib korrupsiya, rüşvət yolu ilə varlanmağa həsr ediblər”.

PİA.az xəbər verir ki, bu fikirlər keçmiş spiker, hazırda ABŞ-da yaşayan Rəsul Quliyev bildirib.

O əlavə edib ki, istər son vaxtlar həbs olunanlar, istərsə əvvəlki vəzifələrindən başqa vəzifələrə keçirilənlər, istərsə də tutduğu vəzifələrindən azad edilənlər xalqın pulunu malını oğurlamaqla misilsiz varlanıblar. Keçmiş spiker daha sonra bildirib:

“Bu adamların hamısı cəzalandırılmalıdırlar. Mədəniyyət Nazirliyini oğru quldur yuvasına çevirənlər bu gün Azərbaycanın milli idealogiyasını yaradanların məhsullarıdır. Ölkədə kimlərin talançılıqla məşğul olmasını müəyyənləşdirmək çox asandır, bu, xüsusi ağıl tələb etmir.

Maaşları 500 manatdan 5000 manata qədər olan istənilən çinovnikin evinin qiyməti 1 milyon və ya ondan yuxarıdırsa deməli o korrupsionerdir, rüşvətxordur. Dövlət aparatlarında- təhlükəsizlik şurasının üzvlərindən tutmuş nazirlər, müavinləri, idarə rəislərinə qədər bu qəbildən olan minlərlə adamlar vardır. Onlar tədricən ancaq az bir zamanda vəzifələrindən uzaqlaşdırılmalı, mən həbs etməyin tərəfdarı deyiləm, onlara öz xoşları ilə oğurladıqları pulların 80 faizini dövlət büdcəsinə keçirmək təklifi edilməlidir. Pulu dövlət büdcəsinə keçirməyənlər həbs edilməlidir.

Azərbaycanda koronavirus və neftin qiymətinin düşməsi ilə əlaqədar maliyə çətinliyi yaranıb və bu daha da dərinləşəcək. Xaosa gətirib çıxara bilər. Bu adamlar büdcəyə ən azı 10 milyard pul keçirməlidir. Hər halda bu insanlar başqalarından oğurladıqları pulu özlərinə qaytarmağa üstünlük verərlər, zindanda çürüməyə yox”.(yenisabah)

pia.az


Etiket: Rəsul Quliyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - Yenilənib

Ən çox oxunanalar