Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Kapital Bank"ın rəhbərliyi dəyişdirilib

"Kapital Bank" ASC-nin İdarə Heyətinin (İH) sədri Rövşən Allahverdiyev vəzifəsindən azad edilərək qurumun Müşahidə Şurasının (MŞ) sədri təyin olunub

"Report" bu barədə Banka istinadən xəbər verir.

Məlumata görə, bununla bağlı qərar "Kapital Bank"ın səhmdarlarının ötən gün keçirilmiş növbəti ümumi yığıncağında qəbul edilib. R.Allahverdiyev yeni vəzifəsində Bankın daxil olduğu "PAŞA Holdinq" MMC-nin Baş İcraçı direktoru Cəlal Qasımovu əvəzləyib. O, bundan sonra fəaliyyətini MŞ-nın üzvü kimi davam etdirəcək.

Digər qərara əsasən isə "Kapital Bank"ın İH sədrinin I müavini Fərid Hüseynov sədr təyin olunub. O, 2015-ci ildən İH-nin üzvüdür.

Xatırladaq ki, “Kapital Bank” 2006-cı ildə Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. Onun nizamnamə kapitalı 265,85 milyon manatdır. Bankın əsas səhmdarı "PAŞA Holdinq" MMC-dir.

Poliqon.info 


Etiket: Kapital Bank


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Masallıdakı restoranlardan biri dövlətə məxsus əraziləri zəbt edib?

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Diqqət: Xaricdən Azərbaycana göndərilən bağlamalar vasitəsilə meymunçiçəyinə yoluxa bilərsiniz

Ən çox oxunanalar