Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"İstəmədiyim halda saçlarımı keçəl etdim" - Zülfiyyə

"Bəzən elə bir sualın qarşısında aciz qalır ki, insan... İstəmədən o sualın pəncəsində qalırsan. Bir xanım məndən "botoks etdirəcəksən" deyə soruşdu. Cavabım "Yox, nə botoks, nə də mezo etdirəcəm" oldu. Mənə iynə ilə müdaxilə olmaz"

Axşam.az-ın məlumatına görə, bu sözləri xərçəngdən əziyyət çəkən aparıcı Zülfiyyə Bayramova sosial şəbəkədə yazıb. O, xəstəliyi ilə bağlı ona ünvanlanan suallardan danışıb:

"Doğal halım necədir, elə qalacam. Bir də ki, hər yaşın öz gözəlliyinin dadını çıxarmaq istəyirəm. Xanım "Doğru, sən normal insanlardan gözəlsən" söylədi. Bəlkə də xanım guya məni təsəlli edirdi, əslində isə qaş düzəltdiyi yerdə göz çıxarmışdı. O an mən qarışıq sualların pəncəsində qalmışdım. Hansısa xəstəliyi keçirmək anormallıqdır? Mənim xəstəliyi normal qarşılayıb, şükr etməyim anormallıqdır? Bəlkə öz dərdimlə bərabər buna düçar olmuş insanlara bir ümid işığı olmağım anormaldır?

İstəmədiyim halda saçlarımı dibindən qırxdırmaq anormalıqdır? Nə idi axı məndə olan anormallıq? Bəs normal olan nədir? Bu sualların arasında düşündükcə bir şeyi anladım və o da üzümdə təbəssüm yaratdı. Mən normal olmağı seçirəm. O, düşündüyü normallıq mənə dar gələr. Mən halımdan məmnunam".

Qeyd edək ki, Zülfiyyə mədə xərçəngindən əziyyət çəkir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Türkiyənin ilk sualtı gəmisi bu gün istifadəyə veriləcək

Abşeronda qadın sirkə turşusu içib öldü    

COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib    

Ən çox oxunanalar