Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Əlavə düşmən axtarmaq lazım deyil"

PİA.AZ Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin yazısını təqdim edir...

İranın Qarabağdakı separatçılara yanacaq daşımasına Tehran rəsmiləri müxtəlif don geydirərək təkzib edir. İranın ölkəmizdə səfiri Cavad Cahangirzadə verdiyi açıqlamada bunun düşmənlərin işi olduğunu vurğulayır. Aydın şəkildə videogörüntünü səfirlik görməzlikdən gəlir və təkzib edir.

Burada əlavə düşmən axtarmaq lazım deyil. İran səfirliyinə bildirmək istəyirəm ki, düşmənimizə yardım etməklə ortaya düşmənçiliyi atan Azərbaycan deyil.

Qeyd edim ki, İranın yük nəqliyyat vasitələri əsasən birbaşa Araz çayı üzərindən çəkilən körpü vasitəsilə həyata keçirilir. Bu körpü əsasən Zəngilan rayonu ərazisindədir və heç bir buraxılış məntəqəsi yoxdur. Yəni buradan İrana məxsus yük maşınları Qarabağa ərzaq və digər zəruri mallar daşıyır.

Rəsmi Bakı araşdırma aparıb, Araz çayı üzərində körpünün sökülməsini tələb etməli və İrana nota verilməlidir.

Təssüf ki, Azərbaycan XİN İranla çox yumuşaq tərzdə narazılığını ifadə etdi.
İranın Qarabağla bağlı siyasəti çox narahatvericidir və quru bəyanatla özünün ədalətli mövqeyini ortaya qoymağa cəhd edir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Ədalət Şükürovun qızının toyundan ilk - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

Ən çox oxunanalar