Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"AQTA vaxtı keçmiş məhsulların tarixini dəyişdirib, istehlakçılara qaytarır" - AİB sədrindən sərt ittiham

AQTA-nın səhvlərindən biri ekspertiza və sertifikat verilməsinin bir arada həyata keçirilməsidir”.

PİA.az bildirir ki, bu sözləri Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fəaliyyətinə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

AİB sədri bildirib ki, AQTA məqsədlərinə çatmaq üçün xeyli iş görsə də, bu, yetərli deyil, ona görə də qurumun fəaliyyətini qənaətbəşx hesab etmək olmaz:

AQTA-nın əsasnaməsindən məlum olur ki, qarşıya son dərəcədə böyük strateji məqsədlər qoyulub. Bu məqsədlərdən biri qida təhlükəsizliyinin təmin olunması ilə yanaşı, Azərbaycan mallarının xarici ölkələrə ixrac olunmasıdır. AQTA-nın gördüyü işlər 2 ildən sonra nəticə verməyə başlayacaq. Məsələn, heyvan ətlərinin təhlükəsizliyinin təmin olunması və küçə kəsiminin yığışdırılmasının əsas yolu heyvanların identifikasiya olunmasından keçir. Yəni heyvan dünyaya gələndən sonra onun pasportu olmalıdır. Lakin ölkədəki heyvanların heç 1 faizi identifikasiya olunmayıb. Ona görə küçə kəsimi hələ də davam edir. Əslində, kəsim sexlərinin yaradılması AQTA-ya aid olan mövzu deyil. Qurum bu məsələdə sadəcə konsultasiya işləri apara bilər”.

Eyyub Hüseynov qeyd edib ki, AQTA-nın fəaliyyətinin qənaətbəxş olması üçün rayon icra hakimiyyətləri, vətəndaş cəmiyyətləri və bələdiyyələrin sinxron fəaliyyətinə ehtiyac var:

AQTA-nın səhvlərindən biri ekspertiza və sertifikat verilməsinin bir arada həyata keçirilməsidir. Halbuki ekspertiza orqanı ayrı fəaliyyət göstərməlidir. Setifikat verən orqanla yoxlayan orqan eyni yerdə olmamalıdır. AQTA mallara həm serifikat verir, həm də yoxlayır. Bu necə ola bilər?! Bir sözlə, AQTA-nın qarşıya qoyduğu hədəflərə çatması üçün vaxt lazımdır.

Ümumilikdə, qida zəncirində iştirak edən bütün hüquqi və fiziki şəxslər AQTA-da reyestrə daxil olmalı və nəzarət altında saxlanmalıdır. Ancaq bu gün reallıq tamamilə başqadır. Supermarketlər və qidanın təhlükəsizliyinə nəzarət edən bəzi orqanlar vaxtı keçmiş qidaların insanların masasına çatmasına səbəb olurlar. Bu vəziyyətin qarşısını almaq üçün müasir proqramın tərtibi zəruridir. Həmin proqram vasitəsilə vaxtı keçmiş qidalar avtomatik olaraq qeydə alınır. Nəticədə AQTA hansı mağazada vaxtı keçmiş malların satıldığını öyrənəcək. AQTA və ya supermarketlərin təsiri ilə vaxtı keçmiş mallar satışdan çıxarılaraq istehsalçılara çatdırılır. İstehsalçılar isə etiketi dəyişib, məhsulu yenidən satışa çıxarırlar. Hazırda qida təhlükəsizliyi ilə bağlı vəziyyət ürəkaçan deyil və bunun qarşısı təcili alınmalıdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ən çox oxunanalar