Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

 Kəmaləddin Heydərov: "İlkin ehtimala görə, "Azərsun Sənaye Parkı”nda yanğın karton tullantılardan başlayıb" - Yenilənib

"Yanğın sahəsinin kənarında karton tullantılar var. İlkin ehtimal olunan variant budur ki, yanğın ordan başlayıb".

PİA.az xəbər verir ki, bunu fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, çağırışdan 9 dəqiqə sonra ilk yanğınsöndürən maşın hadisə yerinə çatıb. Yanğının miqyası nəzərə alınaraq helikopterlər cəlb olunub.

"Azərsun Sənaye Parkı”nda yanğın 5 min kvadrat metr ərazini əhatə edib. Hazırda 4 min kv. metr ərazidə yanğın söndürülüb: "Bu, müəssisənin müşahidə kameralarının videogörüntülərində də var. Azərbaycan Respublikasının Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyi tərəfindən başlanmış cinayət işində bəzi istintaq sirləri olduğundan hər məlumatı deyə bilməyəcəm. İstintaqın gedişi barəsində Baş ProkurorluqFövqəladə Hallar Nazirliyi tərəfindən məlumat veriləcək".

K.Heydərov əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənlərinin və texnikasının cəlb edildiyini bildirib: "Hadisə ciddi olduğuna görə ölkə rəhbəri, cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya məlumat verilmişdir. Mütəmadi olaraq onlara yanğın söndürmənin gedişatı haqda məlumat verilmişdir. Bir neçə dəqiqə bundan əvvəl sonuncu məlumat verilib".

K.Heydərov bildirib ki, hadisə sakinlər arasında narahatlıq yaradıb. O, yanan obyektlərin qida anbarları olduğunu diqqətə çatdırıb.

***

Fövqəladə Hallar Nazirliyi tərəfindən Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hazırda yanğın baş verən ərazidədir.

Əlavə məlumat veriləcək.

***

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində "Azərsun Sənaye Parkı”-nın ərazisində yanğın davam edir.

APA-nın yerli müxbirinin veridiyi məlumata görə, hadisə yerinə yanğınsöndürən maşınlardan əlavə 2 helikopter cəlb edilib.

***

"Azərsun Sənaye Parkı”nda yanğın başlayıb.

Bu barədə PİA.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində "Azərsun Sənaye Parkı”nın ərazisində yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq

Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib – Təfərrüat

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulacaq

Bakıda kişi telefonda çox danışan arvadını döydü

Ən çox oxunanalar