Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ziya Məmmədova daha bir zərbə


Nazirlər Kabineti (NK) “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”nda dəyişiklik edib


Fins.az xəbər verir ki, indiyə qədər bu müsabiqəni həm şəhərdaxili (rayondaxili), həm şəhərlərarası (rayonlararası), həm də beynəlxalq marşrutlar üzrə Nəqliyyat Nazirliyi (NN) keçirib. 

Bundan sonra isə Bakı, Sumqayıt və Gəncədə bu işlə NN məşğul olmayacaq.

Belə ki, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanın sifarişçisi paytaxtda NK yanında Bakı Nəqliyyat Agentliyi, Sumqayıtda Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi, Gəncədə isə Şəhər İcra Hakimiyyəti yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi olacaq.

Bu isə nəqliyyat sektorunda fəaliyyət göstərən sahibkarlara marşurut xətlərinin verilməsi kimi gəlirli bir sahənin də Ziya Məmmədovun əlindən alınmasıdır. Azərbaycanda müsabiqələr və tenderlər formal xarakter daşıdığından hansı marşurut xəttinin hansı sahibkara və neçəyə verilməsini Nəqliyyat Nazirliyinin səlahiyyətli şəxsləri müəyyən edirdi. Təbii ki, “ənənəvi” qaydalarla.

Yəni, bundan əvvəl Bakı, Sumqayıt və Gəncədə sahibkarlar lisenziya almağa, daha işlək marşurut xətləri əldə etməyə və sairə görə Nəqliyat Nazirliyinin məsul şəxslərinə birdəfəlik və aylıq ödənişlər həyata keçirirdilər. Lisenziya vermək səlahiyyətini bir müddət əvvəl itirən nazirlik indi də Bakı, Sumqayıt və Gəncədə marşurut xətləri sahibkarlara satmaqdan da məhrum edildi. Yəni Ziya Məmədovun paytaxta və plkənin əsas şəhərlərində hökm edəcəyi, sözünün keçəcəyi hər hansı bir sahə qalmadı.

Bununla həm də Ziya Məmmədovun ətrafının pul qazana biləcəyi son sahələrdən biri də ondan alındı. Yəqin,  nazirlikdə həmin sahəyə nəzarət edən şöbə və işçilər də ixtisara düşəcək. Ümumiyyətlə, belə getsə, nazirlikdə Ziya Məmmədov və müavinələrindən başqa kimsəyə ehtiyac qalmayacaq. Onlar da sadəcə, Nəqliyyat Nazirliyi adında nə iş görəcəyi artıq məlum olmaya qurum hələ də saxlandığı üçün lazımdırlar. Amma nə vaxtacan?

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Ən çox oxunanalar