Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zəngəzur təxribatının pərdəarxası məqamları... - Regionda nələr baş verir?

Ermənistanın növbəti təxribatı Rusiya sülhməramlılarına qarşı yönləndirməsi nədən xəbər verir?..

Politoloq: “Zəngəzurda hərc-mərclik baş verir. Bu vəziyyətə daha çox bu ad yaraşır”.

“Mən düşünmürəm ki, Zəngəzurda olan sərhəd pozuntusu Moskvanın Bakıya və İrəvana verdiyi mesajdır”.

Bu sözləri politoloq İlqar Vəlizadə Zəngəzur istiqamətində baş verən sərhəd pozuntusunun səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Prezident Zəngəzurla bağlı hədəfləri açıqladı, Nikol Paşinyan bölgəyə səfər etdi və Ermənistan bu istiqamətdən Azərbaycana silahlı təxribat törətdi. Dövlət Sərhəd Xidmətinin təxribatla bağlı açıqladığı rəsmi məlumatında atəşin təkcə Azərbaycan mövqelərinə yox, həm də Rusiya sərhədçilərinə qarşı da açıldığı məlum oldu.

Zəngəzur istiqamətində nələr baş verir və Ermənistanın növbəti təxribatı Rusiya sülhməramlılarına qarşı yönləndirməsi nədən xəbər verir? Yaxud da sərhəd pozuntusu Rusiyanın Zəngəzur və Xankəndi üzərindən İrəvanla Bakıya verdiyi mesaj ola bilər?

Zəngəzur ərtafında baş verənləri PİA.az-ın əməkdaşı politoloq İlqar Vəlizadə ilə müzakirə edib.

İlqar Vəlizadə: “Zəngəzur təxribatında əsas məqsəd Rusiya ilə Azərbaycanı üz-üzə qoymaqdır”.

Ermənistanın Zəngəzuru idarə edə bilmədiyini düşünən politoloq bildirib ki, Ermənistanda müxtəlif siyasi qrupların mövqeyi bu regionda kəsişir və onlar məhz bu regiondakı mövcud durumdan yararlanaraq hakimiyyətə gəlməyə can atırlar:

“Ümumiyyətlə Zəngəzurda hərc-mərclik baş verir. Bu vəziyyətə daha çox bu ad yaraşır. Çünki Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzura səfər edəndə onun maşının daşa tutdular. Bu da onu göstərir ki, Ermənistan Zəngəzuru idarə edə bilmir. Yəni Ermənistanda müxtəlif siyasi qrupların mövqeyi bu regionda kəsişir və onlar məhz bu regiondakı mövcud durumdan yararlanaraq hakimiyyətə gəlməyə can atırlar.

Bildiyimiz kimi Zəngəzurda müxtəlif silahlı qruplaşmalar parakəndə şəkildə fəaliyyət göstərir. Düşünürəm ki, bu silahlı qrupların arxasında Ermənistanda siyasi hakimiyyətə can atan qüvvələr dayanır. Onlar siyasi qüvvələrin sifarişi ilə sərhəddə pozuntular edirlər. Onların əsas məqsədi regionda hərc-mərclik şəraitini saxlamaq və seçki qabağı proseslərə bununla təsir etməkdir.

Müxalif qüvvələr bu yolla Paşinyanın reytinqi aşağı səviyyədə saxlamaq istəyir. Zəngəzurda vəziyyətin inkişafı baş verəcək siyasi hadisələrdən asılı olacaq. Yəni regionda vəziyyət idarəolunan səviyyəyə gəlib çıxacaq, ya yox, bu qeyri-məlumdur.

İlqar Vəlizadə: “Bu günlərdə Rusiya-Azərbaycan hökümətlər arası komissiya öz işini başlamalıdır. Bu təxribat həmçinin komissiyanın işində mənfi siyasi fonun yaranmasına xidmət edə bilər”.

Mən düşünmürəm ki, Zəngəzurda olan sərhəd pozuntusu Moskvanın Bakıya və İrəvana verdiyi mesajdır. Burada əsas məsələ Rusiyanın məsələyə hansı reaksiya verməsi olacaq. Zəngəzur təxribatında əsas məqsəd Rusiya ilə Azərbaycanı üz-üzə qoymaqdır. Onlar RusiyaAzərbaycan arasında yeni gərginliyin olmasını istəyir.

Qeyd edim ki, bu günlərdə Rusiya-Azərbaycan hökümətlər arası komissiya öz işini başlamalıdır. Bu təxribat həmçinin komissiyanın işində mənfi siyasi fonun yaranmasına xidmət edə bilər”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - Birgə məlumat

Azəbaycan təmsilçiləri “Avroviziya-2024” mahnı müsabiqəsində səhnəyə çıxıblar

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Qərbi Azərbaycan Xronikası: “Ağlasığmaz zəlzələ şəhəri batırdı, “Vay dərəsi” yarandı”

Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - Video

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ən çox oxunanalar