Çərşənbə axşamı, 04 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakerberq cəzalandırılr - Sosial medianın çökməsi rəqəmsal müharibənin ayaq səsləridir...

Whatsapp, Facebook və Instagram-ın çökməsinin arxasında Zakerberqin qurduğu əməkdaşlıq dayana bilərmi?..

Ergün Diler
“Takvim” qəzeti, Türkiyə, 6 oktyabr 2021-ci il

Bildiyiniz kimi, yeni dövrün böyük markaları olan Whatsapp, Facebook və Instagram keçən gün axşam saatlarında çökdü.

Qəribədir ki, Türkiyədə də bütün rabitə çökdü. Üç böyük markanın həyatımızda nə qədər yer tutduğunu bu şəkildə yaşadıq və gördük. Yəni hər kəs xidmət ala bilməmək problemi yaşayırdı. Arxa planda nələrin baş verdiyi isə çoxlarını maraqlandırmır. İstəyirsinizsə, bir az uzaqlara gedək və bu günə qayıdaq.

Əvvəlcədən bir neçə məqamı vurğulamaq lazımdır. Bu yaxınlarda “CFR”in media orqanı birbaşa Ərdoğanı hədəf alıb. Stiven A. Kuk “Foreign Policy”dəki yazısında AKP rəhbərliyinin sona çatdığını və Ərdoğanın səhhətinin 2023-cü ildəki seçkilərə girmək üçün çox pis olduğunu yazıb. Bəs yazıda yeni bir şey varmı? Əlbəttə ki, yox idi. Bu, əvvəlki dedi-qoduların toplusundan başqa bir şey deyildi.

BVF Direktoru Kristalina Corciyevanın da günahlandırıldığı Çinə qarşı pozitiv ayrı-seçkilik edilməsi iddiası da eyni perspektivdən qiymətləndirilməlidir.

Bir də idealistlər məsələsi var idi. Əvvəllər bəzi Avropa ölkələri, xüsusən də Almaniya idealistlərə qarşı sərt şəkildə müdafiəyə başladı.

Nəhayət, bu məsələ ABŞ-a qədər də uzandı.

ABŞ və müttəfiqlərinin maraqlarına zidd fəaliyyətlər həyata keçirən bozqurd fəaliyyətləri xarici terror təşkilatlarının qmeyarlarına uyğun gəlirmi?” sualının cavabı axtarmağa başlanılıb.

Dünən yazdığım kimi, hamısı bizim bilmədiyimiz böyük bir mübarizənin mərhələləridir. Bu mübarizə indi daxildə qızışır və daha şiddətli olacaq. Həmişə 15 İyul qiyamını BREXIT ilə yan-yana qiymətləndirmişəm. Çünki Türkiyə kimi inanılmaz dərəcədə dəyərli bir ölkədə təsadüfi bir hərəkət ola bilməz. Böyük əksəriyyət hadisələrə və ya siyasi toqquşmalara doğru hesab etdiyi tərəfdən baxır. Ancaq bunun reallıqla heç bir əlaqəsi yoxdur. Bizdə, İngiltərədə və ya ABŞ-da əks olunan mübarizə dünyanın üzərindəki mübarizənin izlərindən başqa bir şey deyil.

Gəlin sonuncu hadisəyə nəzər salaq. Whatsapp, Facebook və Instagram məsələsinə keçmək lazımdır.

Xatırlayanlar olacaq, yenə 15 İyul və BREXİT tarixi 2016-cı ildə Trampin seçildiyi vaxta təsadüf edir. ABŞ-a baxdığımızda önə çıxan ailələrdən biri Koç ailəsidir.

Dəfələrlə yazdığım kimi, Koç ailəsinin investisiya siması olan bir şəxs var: Robert Merser. Yəni “Breitbart”ı da idarə edən sima. Bəlkə də, Çarlz Koçun dünyada etibar etdiyi yeganə adam onun sirdaşı Robert Merser idi. Prezident seçkilərindən 4 il əvvəl, 2013-cü ildə Kanzas ştatının Viçita şəhərindəki Çarlz Koçun malikanəsinə 3 şəxs dəvət edildi. Biri dostu Robert Merser, digəri Stiv Bennon və Facebook-un sahibi Mark Zakerberq idi. Tramp hələ seçilməmiş və Ağ Evə gəlməmişdi.

Həmin görüşdə Trampın 2016-cı ilin noyabrında keçiriləcək prezident seçkilərində namizəd olacağından və qalib gəlməsi üçün bəzi addımların atılmasından danışdılar. Beləliklə, başlanğıc orada götürüldü. Stiv Bennon: “Gəlin rəqəmsal sistemlə insanların məlumatlarını təhlil edək. Bundan kritik sahələrdə də istifadə edək. Görəcəksiniz ki, Trampın səsləri artacaq”, fikrini irəli sürdü. Həm Koç, həm də Merser bu fikri çox bəyəndi. Maliyyə tərəfini isə Merser həll etmişdi.

“Cambridge Analytica" təsis edildi və mərkəzi London kimi göstərildi. “This is your digital life” (Bu sizin rəqəmsal həyatınızdır) testindən istifadə edən təxminən 87 milyon amerikalıya aid məlumatları Stiv Bennona verildi.

“Cambridge Analytica” İngiltərədə işləyir və BREXIT-in yolunu açırdı. Məsələn, bir bölgədə süd satışını 400% artıra və 19 kilometr uzaqdakı başqa bir nöqtədə süd satışını 81% azalda bilərdi. Rəqəmsal dünyanın nəticələri ilə üz-üzə qalmışdıq. “Cambridge Analytica” çox bəyənilmişdi. Artıq Trampın yolu aydın idi. Məsələn, “New York Yankees” tərəfdarlarına Trampdan çox vacib bir mesaj görməyə icazə verildi. Əslində, Tramp bu mesajı heç vaxt çatdırmayıb. Birdən-birə düşüncələr manipulyasiya edildi.

Belə nümunələr çoxdir. 2016-cı ilin noyabrında bu üsul Trampı Ağ Evə gətirdi.
“Cambridge Analytica” Trampın 2017-ci ilin yanvarında prezidentliyə başlamasından cəmi 1 il sonra bağlandı. Bağlanma tarixi 2018 idi. “Cambridge Analytica”nın məlumatları hələ də Koç ailəsində idi. Ancaq bu sistem artıq öyrənilmiş və bir tədbir olaraq ona qarşı bir blok meydana gəlmişdi. Bu əlaqələr nəticəsində Zakerberq Senata getdi və 44 senatora məlumat verdi. “Cambridge Analytica” bağlanır, Zakerberq isə ifadə verirdi. Dr. Spektr (Ceyms Bond kimi) adından istifadə edən Aleksandr Koqan adlı bir akademikin də data toplama işində aparıcı rol oynadığını unutmayaq.

Whatsapp, Facebook və Instagram-ın Zakerberqə görə çökməsinin səbəbi budur. Trampın gəlişindən əvvəl qurduğu əməkdaşlıq cəzalandırıldı. Bu səbəbdən ona hücum edildi. Başqa sözlə, qlobal müharibə sosial mediadan keçir.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda 21 yaşlı qızın sirlərlə dolu ölümü: Qonaq getdiyi evdə nə baş verib? - Yenilənib

Baş Prokurorluq zavodun 5 əməkdaşının ölməsi faktı ilə bağlı araşdırma aparır - Yenilənib

Azərbaycanın batan səhiyyəsi: Avropada birinci, dünyada ikinci…

Azərbaycanda bu tarixdə güclü istilər müşahidə olunacaq: 50 dərəcədən yuxarı...

Bütün tapşırıqları Arif Rəhimovdan aldığını bildirdi

Aktrisa Sevinc Əliyeva açıq-saçıq səhnələr barədə danışdı: "Pula görə işləmişəm"

Politoloq: İrandakı seçkilər əvvəlkilərindən heç nə ilə fərqlənməyəcək...

Natiq Miri: ABŞ və İsrailin planı müharibəni dayandırmayacaq...

Ən çox oxunanalar