Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yüksəkvəzifəli azərbaycanlı diplomatların 350 min dolları dələduzluq yoluyla oğurlanıb

Azərbaycan diplomatlarının şikayəti əsasında İstanbul Baş Prokurorluğunun başlatdığı istintaq başa çatıb...

Türkiyədə azərbaycanlı diplomatları aldadıblar. Bu barədə “TRT Haber” məlumat yayıb.

Belə ki, Türkiyənin maliyyə proqramlarının sahibi olan Gökalp İçer beynəlxalq sərgidə tanış olduğu azərbaycanlı Murad Şirinovla işə başlayıb. Şirinov azərbaycanlı diplomatlar ilə Azərbaycandakı bank meneceri vasitəsilə əlaqə saxlayıb. İddialara görə, o, özünü dövlət məmuru kimi təqdim edib və etibar qazanıb.

Murad Şirinov Azərbaycanda yüksək səviyyəli vəzifə tutan üç diplomatla əlaqə saxlayıb. O, kafedə diplomatlarla görüşüb, pulu şəxsən alıb, lakin qarşılığında qəbz verməyib.Əsl müdirlə görüşmək istəyən diplomatları Gökalp İçerin kabinetinə apararaq onunla tanış edib.

Zərərçəkənlərin iddialarına görə, onların telefonlarına proqram quraşdırılıb. Onlara deyilib ki, pullarını bu platforma vasitəsilə izləyə bilərlər. Lakin həmin platformaya nəzarət bütünlüklə Şirinovda olub.

İlk bir neçə ayda zərərçəkənlərə cüzi məbləğ ödənilib. Bu yolla onların daha çox sərmayə qoymasına və yaxınlarını bu sistemə daxil etməsinə şərait yaradılıb. Zərərçəkənlər onlardan böyük miqdarda pul alındıqdan sonra artıq qazanc əldə etmədiklərini müşahidə ediblər. “İş” qurduqları adamlar da onların telefonuna cavab verməyib. Bir müddət sonra proqramdakı hesablar da sıfırlanıb. Onların 350 min dolları mənimsənilib.

Azərbaycan diplomatlarının şikayəti əsasında İstanbul Baş Prokurorluğunun başlatdığı istintaq başa çatıb.

İddianamədə M.Şirinova verilən pulla heç bir sərmayə qoyulmadığı aydın olub.

Onların telefonlarına quraşdırılan tətbiqin sərmayə qoyulmuş kimi saxta məlumatları əks etdirdiyi bildirilib.

Sözügedən şirkət və tətbiqin iş icazəsi, yaxud lisenziyasının olmadığı da müəyyən edilib.

Gökalp İçer və Murad Şirinov barəsində iddia qaldırılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Ən çox oxunanalar