Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yol polisindən əhaliyə müraciət

Baş Dövlət Yol Polisi İdarəsi yay mövsümünün başlaması ilə bölgələrdə kənd təsərrüfatı məhsullarının yığılması, daşınması, bu sahədə çalışan insanların əkin sahələrinə gediş-gəlişinin artması ilə əlaqədar baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə əhaliyə müraciət edib

İdarədən bildirilib ki, bir sıra hallarda iri qabaritli kənd təsərrüfatı texnikasının, o cümlədən, kombaynların, qoşqulu traktorların, otbiçən texnikaların, habelə texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkət etməsi, adamların traktorların qoşqularında daşınması, məhsullarının nəqliyyat vasitələrində qablaşdırılmadan aparılması kimi yol hərəkəti təhlükəsizliyi qaydalarına zidd olan hallara rast gəlinir. Bu da yollarda görünüş dairəsinin məhdudlaşmasına və nəticədə, ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə şərait yaradır:

“Bu kimi halların baş verməməsi üçün kənd təsərrüfatı təyinatlı texnika saz vəziyyətdə olmalı, adamların və məhsulun daşınması zamanı təhlükəsizlik qaydalarına riayət edilməli, əvvəlcədən müəyyənləşdirilən hərəkət marşrutlarından kənara çıxılmamalı və sürət rejiminə əməl olunmalıdır”.

Qeyd olunub ki, kənd təsərrüfatı texnikasının mütəşəkkil nəqliyyat dəstəsində müşayiəti ilə bağlı müraciət olunarsa, DYP bütün lazımi tədbirləri həyata keçirməyə hazırdır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilib    

Ən çox oxunanalar