Bazar ertəsi, 27 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yerin sürətinin anomal artımı barədə xəbərdarlıq edilib

Rusiyalı alim Palçikov Yerin sürətinin anormal artması barədə xəbərdarlıq edib…

Son illərdə Yerin fırlanma sürəti anomal şəkildə artıb.

Ploiqon.info RİA Novosti Agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumrusiya Elmi-Tədqiqat Fizika, Texniki və Radiotexniki Ölçmələr İnstitutunun baş elmi işçisi Vitali Palçikov bildirib. Onun sözlərinə görə, bu effekti kompensasiya etmək üçün 2028-ci ilə qədər bir saniyəni çıxarmaq lazım gələcək.

“Nüvənin ətalət momentinin dəyişməsi ilə bağlı fərziyyə Yerin fırlanma sürətinin sürətləndirilməsinin təsirlərini izah edən mümkün fərziyyələrdən biridir. Alimlərin fikrincə, bir saniyənin çıxması 2028-ci ildə haradasa baş verəcək”, deyə Palçikov bildirib.

Alim qeyd edib ki, hazırda Yerin fırlanmasının sürətlənməsinin tam izahı yoxdur. Belə bir fərziyyə var ki, anormal miqdarda yağıntının düşməsi Yerin fırlanmasının sürətlənməsinə, buxarlanmanın isə yavaşlamasına gətirib çıxarır, lakin bu təsirlər bir-birini ləğv etmir.

Palçikovun sözlərinə görə, planet əvvəllər yavaşlayıb: 1970-ci illərdən etibarən düzəlişlər çərçivəsində fırlanma sürətinin azalmasını kompensasiya etmək üçün əlavə 37 saniyə tətbiq edilib. Alim qeyd edib ki, indi Yer sürətlənməyə başlayıb və nəticədə 29 iyun 2022-ci il tarixdə ən qısa gün olacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda keşiş Paşinyanın postuna namizəd oldu

Qazaxın işğaldan azad edilən dörd kəndinin sakinləri doğma yurdlarında - Video

Paytaxtdakı uşaq bağçasında çəkilən kadrlar müzakirələrə səbəb olub

Azərbaycanda hotellərə ulduz dərəcəsi hansı meyarlara görə verilir?

Sərbəst güləş yığmamız Avropa çempionu oldu

Siyəzəndə 45 yaşlı kişi özünü güllələyib

Zelenski ABŞ və Çin liderlərini sülh sammitinə çağırıb

“Formula 1” üzrə Monako Qran-prisinin qalibi müəyyənləşib

Ən çox oxunanalar