Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yelisey sarayı: İrəvan və Bakı ərazi bütövlüyünə hörməti bir daha təsdiqlədilər...

Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Alma-Ata Bəyannaməsinə sadiq olduqlarını bir daha təsdiq etdilər...

Poliqon xəbər verir ki, bu barədə Yelisey sarayından dünən keçirilən beştərəfli görüşlə bağlı verilən açıqlamada bildirilib.

Moldovada keçirilən beştərəfli görüşün yekunlarına dair Yelisey Sarayının bəyanatında deyilir ki, ErmənistanAzərbaycan ərazi bütövlüyünə qarşılıqlı hörməti bir daha təsdiqləyiblər.

Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri 2022-ci il oktyabrın 6-da Praqada Alma-Ata Bəyannaməsi ilə müəyyən edilmiş sərhədlərə hörmətlə bağlı öz öhdəliklərini təsdiq etdilər. Onlar AzərbaycanErmənistanın ərazi bütövlüyünə qarşılıqlı hörməti bir daha təsdiqlədilər”, deyə mesajda bildirilir.

Qeyd olunur ki, Avropa liderləri ErmənistanAzərbaycanı bütün öhdəliklərinə, xüsusən də hərbi əsirlərin tezliklə azad edilməsinə əməl etməyə çağırıb.

“Fransa prezidenti istənilən düşmənçilik ritorikasından əl çəkməyin və regionun bütün əhalisinin rifahı naminə sülhün bərpası üçün səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb”, deyə Yelisey sarayının açıqlamasında qeyd edilir.

Xatırladaq ki, görüşdən sonra Nikol Paşinyan Moldovada Avropa Siyasi Birliyinin kənarında İrəvan və Bakının 1975-ci ilin sovet xəritələrinə əsaslanaraq delimitasiyaya daha əvvəl razılaşdıqlarını açıqlayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

Ən çox oxunanalar