Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yasamaldakı növbəti sosial evlər satışa çıxarılacaq

Yaxın vaxtlarda Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində növbəti binalardakı mənzillərin satışına başlanacaq

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat katibi Diana Dadaşova bildirib.

D.Dadaşova qeyd edib ki, konkret tarix bəlli olmasa da, yaxın müddətdə növbəti binalardakı mənzillərin satışı ilə bağlı elan veriləcək.

MİDA rəmisi həmçinin deyib ki, Yasamal Yaşayış Kompleksində tikilən binların hamısı hazırdır və tam təmirlidir.

Qeyd edək ki, Yasamal Yaşayış Kompleksində ümumilikdə 29 bina var. MİDA tərəfindən ilk dəfə 2018-ci ilin may ayında Yasamal Yaşayış Kompleksində sosial mənzillərin satışı təşkil edilsə də, sonradan prosedur dayandırıldı və nəticələr ləğv edilib. Növbəti dəfə sentyabr ayının 5-də Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında yerləşən 324 mənzil satılıb.

Nəticədə şəhid ailəsinin üzvü olan 4 nəfər, məcburi köçkün və onlara bərabər tutulan 47 nəfər, ən azı 3 il dövlət qulluğunda olanlardan 39 nəfər mənzil sahibi olub. Həmçinin, ən azı 5 il ümumtəhsil məktəblərində müəllim işləyənlərdən 28 nəfər, fəlsəfə doktoru olanlardan 3 nəfər, idman sahəsində xüsusi xidmətləri olan 5 nəfər, elmlər doktoru elmi dərəcəsi olan 7 nəfər, ən azı 15 il dövlət qulluğunda çalışan 35 nəfər, ən azı 3 il hərbi qulluqda olan 104 nəfər, ən azı 3 il daxili işlər orqanlarında xidmət edən 48 nəfər, ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilərdən 4 nəfər “sosial ev” sahibi olub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış iş adamı Müqayis Verdiyev həbs edildi

3000 şəhid məqaləsi vikipediyadan tamamilə silindi

Yeməklərdən sonra çay və ya kofe içənlərin nəzərinə!

Bin Ladeni öldürən dəstə bu ölkədə müharibəyə hazırlaşır

Politoloq: Rusiya bu durumda nüvə silahı işlətməkdən çəkinməyəcək...

Kərim döyüləndən sonra ilk dəfə paylaşım etdi

“Məni uzaqlaşdırmaq üçün səsvermə keçirirlər” - Ramiz Rövşənin oğlu

Ən çox oxunanalar