Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yağış suları Naxçıvanda tarixi qalanın divarını uğurub - Foto

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin divarlarından biri güclü yağış səbəbindən uçub...

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisədən dərhal sonra Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Naxçıvan Şəhər İcra Hakimiyyəti əməkdaşları tərəfindən qala divarının uçması ilə bağlı “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə vizual baxış keçirilib.

Baxış zamanı məlum olub ki, qala divarının üst hissəsində yerə düzülmüş təbii sal daşlarında çat və aralanmalar əmələ gəldiyi üçün yağış sularının uzun müddət divarın içərisinə sızması, qalanın ön hissəsində təqribən 4 metr uzunluğunda divarın uçmasına səbəb olub. Bundan əlavə, qalanın divarlarında müxtəlif ölçülərdə yaranmış çatlar və qabarmalar, hücrələrin giriş qapısının kənarlarında və qalanın divarları boyunca müxtəlif ölçülərdə aralanmalar baş verib.

Qeyd edək ki, müxtəlif dövrlərdə baş vermiş müharibələr nəticəsində Naxçıvanqala bir neçə dəfə dağıdılıb və bərpa edilib. Sonuncu dəfə 2010-cu ildə yenidən bərpa edilib.

Təhlükəsizlik məqsədilə qala divarlarının üzərinə insanların çıxması məhdudlaşdırılıb, həmin hissə örtüklə örtülüb.

Bildirilib ki, bərpa zamanı yol verilən nöqsanların aradan qaldırılmasına və düzgün restavrasiya işlərinin aparılmasına başlanılıb. Bu məqsədlə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə bu sahə üzrə lisenziyası olan layihə təşkilatları tərəfindən kompleks baxışın keçirilməsi, təhlillərin aparılması təmin edilib.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Sumqayıtda itkin düşən məktəbli tapılıb - Yenilənib  

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Bakıda universitetdə oğlan tələbələr saqqala görə dərsə buraxılmadılar - Foto

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilib    

Ən çox oxunanalar