Şənbə, 08 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yağın qiyməti cüzi düşəcək - İstehlakçılar üçün dəyişən nəsə olmayacaq...


Ekspert: “İdxal rüsumlarının azaldılması kərə yağının qiymətinə çox cüzi təsir edəcək”


“Ölkədə anti-inhisarla bağlı məcəllə qəbul olunmayıb. Belə bir vəziyyətdə yağ idxalçıları qiyməti özləri müəyyən edirlər”.

Bu sözləri AİB sədri Eyyub Hüseynov kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumlarının azaldılmasını şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Bu gündən etibarən Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 3 dəfə azaldılır. İndiyə qədər Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 15 faizi həcmində olub. Nazirlər Kabinetinin qərarına əsasən, bu gündən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşib. Qərar 2019-cu il dekabrın 31-dək qüvvədədir.  Bundan sonrakı dönəmdə  kərə yağının qiymətində ucuzlaşma hansı səviyyədə olacaq? İdxal rüsumlarının azaldılması sahibkarlar arasında rəqabətin yaranmasına və özəl sektorun inkişafına müsbət təsir edə bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovun fikirlərini öyrənib.

Image result for eyyub hüseynov pia.az

Eyyub  Hüseynov: “Müvafiq addımlar atılmadığı təqdirdə gömrük rüsumlarının azaldılması yerli istehlakçılar üçün müsbət heç nə vəd etmir”.


Ölkənin bazaar iqtisadiyyatında inhisarçılığın hökm sürdüyünü bildirən AİB sədri Eyyub Hüseynova görə, indiki şəraitdə idxal rüsumlarının azaldılması ciddi dəyişiklik yarada bilməz:

“Gömrük idxal rüsumlarının azaldılması fonunda kərə yağının qiymətində endirim olacaq. Lakin cənab prezident İlham Əliyevin 2011-ci ildən dediyi kimi, bazarda kadr sövdələşmələri, inhisarçılıq hələ də mövcuddur. Ölkədə anti-inhisarla bağlı məcəllə qəbul olunmayıb. Belə bir vəziyyətdə yağ idxalçıları qiyməti özləri müəyyən edirlər. İdxal rüsumlarının azaldılması kərə yağının qiymətinə çox cüzi təsir edəcək. 

İdxal rüsumlarının azaldılması daha çox özəl sektorun, milli istehsalçıların xeyrinə olacaq. Ümumən isə yerli yağ məhsulu istehsalçıları stimullaşdırılmalıdır. Bu halda rüsumların azaldılmasından müsbət nəticələr əldə etmək mümkündür. Müvafiq addımlar atılmadığı təqdirdə gömrük rüsumlarının azaldılması yerli istehlakçılar üçün müsbət heç nə vəd etmir”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolların qiyməti ilə bağlı önəmli xəbər: Bu tarixdə devalvasiya gözlənilir?

Gəncədə ov tüfəngi ilə vurulan Kəlbəcər sakini xəstəxanada ölüb --Yenilənib

Bədəndə bu maddənin çatışmazlığı ömrü qısaldır 

Anasından gülab istəyən Əsna ölümə tələsib: 11 yaşlı qız mələklərin üzünə güldüyünü deyirmiş

Ukrayna Silahlı Qüvvələri Xersona zərbələr endirib, 19 nəfər ölüb

Putin bildirib ki, Rusiya Federasiyasının ixtisaslı əmək miqrantlarına ehtiyacı var

Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilib

Alimpaşa Məmmədovun məhkəmə istintaqı başa çatıb, ona son sözünü demək üçün vaxt verilib

Zaqatala rayonu ərazisində hava şəraiti kəskin dəyişib - Video

Ən çox oxunanalar