Çərşənbə, 06 Dekabr 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xanlar Vəliyev hərbi cinayətlərin azaldığını bildirib

Hərbi prokurorun sözlərinə görə, bu uğurlu tendensiya cari ilin keçən dövründə də davam edib...

Xanlar Vəliyev: “Hərbi qulluqçular tərəfindən törədilən cinayətlər xeyli azalıb".

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə silahlı qüvvələrdə aparılmış köklü islahatlar və görülmüş nəhəng işlər, eləcə də Azərbaycan Ordusu və başqa silahlı birləşmələrlə Hərbi Prokurorluğun birgə səmərəli fəaliyyəti son illər ölkədə hərbi xidmət əleyhinə olan cinayətlərin və hərbi qulluqçular tərəfindən törədilən digər cinayətlərin sayının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib.

“Report” xəbər verir ki, bu fikirlər Baş prokurorun müavini - Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəsmi mətbuata mətbuatda dərc olunmuş məqaləsində yer alıb.

Onun sözlərinə görə, bu uğurlu tendensiya cari ilin keçən dövründə də davam edib.

“Belə ki, 2021-ci ilin 8 ayı ilə müqayisədə 2022-ci ilin müvafiq dövründə qeydə alınmış özünü öldürmə həddinə çatdırma cinayətləri 10 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 80 faiz, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 18,2 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 92,3 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 12,5 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 57,1 faiz, fərarilik cinayətləri 40 faiz və xuliqanlıq cinayətləri 20 faiz azalıb”, - Hərbi prokuror bildirib.

Xanlar Vəliyev vurğulayıb ki, silahlı qüvvələrdə baş vermiş səbəbindən asılı olmayaraq ölümlə nəticələnən istənilən hadisə, eləcə də ölüm faktı üzrə başlanılmış hər bir cinayət işinin istintaqı Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə, hərtərəfli, tam, obyektiv və vaxtında ibtidai araşdırmanın aparılması, təqsirkar şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, eləcə də hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunub.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xaricdən avtomobil gətirənlər üçün pis xəbər

Milli Məclis gələn il üçün yaşayış minimumunu təsdiqləyib

Ukraynalı əsgərin bu görüntüsü gündəm oldu - Video

Direktoru kabinetində öldürən polkovnik-leytenantın oğlu ilə bağlı qərar

Azərbaycanda yaxın günlərdə orta və böyük yaşlı əhalinin peyvəndlənməsinə başlanılacaq

Azərbaycan Mərkəzi Bankının baş direktoru vəzifəsindən azad edilib

Azər Əliyev: “Google”dan iş təklifi gələndə, dedim ki, yəqin spam mesajıdır” 

ANAMA-nın əməkdaşı Ağdamda minaya düşüb, ayağı amputasiya edilib, araşdırma aparılır - Yenilənib

Türkiyəli mütəxəssisdən göz yaşları içində xəbərdarlıq: “Onların da taleyi Hatay və Maraş kimi olacaq…”

Ən çox oxunanalar