Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xankəndi, Xocalı və Əsgəranda üç rəngli, ay-ulduzlu bayrağımız dalğalanır...

Azərbaycanın 20 faizdən artıq ərazisi 30 il erməni cinayətkarlarının işğalı altında qaldı. Erməni istilasından sonra 900 yaşayış məntəqəmiz zəbt edildi. Bir sıra şəhər və kədlərimiz yerlə yeksan olundu, yer üzündən, demək olar ki, silindi.

Erməni təcavüzkarları bununla da kifayətlənməyərək digər rayonlarımızı da mütəmadi olaraq atəşə tutur, dinc əhaliyə və kənd təsərrüfatına ziyan vururdular. Bu müddət ərzində bir milyondan çox soydaşlarımız Azərbaycanın bir sıra rayonlarında və Bakı şəhərində məskunlaşaraq vətən həsrətilə ağır şəraitdə yaşadılar.

Xalqın istək və təkidi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev danışıqlar yolu ilə atəşkəsə nail oldu. Atəşkəs dövründə əsasən Ordunun yaradılmasına və güclənməsinə önəm verildi.

Ümummilli Liderimiz deyirdi: “Bizim əsas problemimiz Ermənistanın Azərbaycana təcavüzünü aradan qaldırmaq, işğal olunmuş torpaqlarımızı azad etmək, respublikanın ərazi bütövlüyünü təmin etməkdir”.

Dünya şöhrətli, uzaqgörən siyasətci Heydər Əliyev özünün siyasi varisi olan cənab İlham Əliyevə özü qədər inanırdı. İnanırdı ki, onun başladığı işi Prezident və Ali Baş Komandan olaraq İlham Əliyev başa çatdıracaq.

Ulu Öndər inamla vurğulayırdı: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm”.

20 il əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqına müraciət edərək söz vermişdi ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edərək Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq.

Artıq o gün gəlib çatdı. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin diplomatik bacarığı, siyasəti, Azərbaycan Ordusunun yüksək hazırlığı, müasir silahlarla silahlanması və xalqın öz prezidentinə inamı və Prezidenti ətrafında sıx birləşməsi sayəsində torpaqlarımız erməni separatçılarının təcavüzündən tamamilə azad edildi.

Biz Müzəffər Ali Baş Komandanımız və Şanlı Müzəffər Ordumuzla fəxr edirik. Bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni yerinə yetirməyə qadir və hazırdır.

Ordumuz bunu 44 günlük Vətən Müharibəsində döyüş meydanında sübut etdi.
Azərbaycan düşməni kapitulyasiya aktına imza atmağa, ağ bayraq qaldırmağa məcbur etdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Şuşanı – bizim müqəddəs ocağımız, alınmaz qala sayılan Şuşanı azad edəndən sonra artıq düşmən öz məğlubiyyətini dərk etdi, ağ bayraq qaldırdı və biz müharibəni dayandırdıq.

Azərbaycan xalqının böyük əksəriyyəti noyabrın 10-da və ondan sonrakı dövrdə çox yaxşı başa düşürdü ki, biz istədiyimizə nail olacayıq”.
Artıq Xankəndi, Xocalı, Əsgəran da separatçılardan təmizləndi. Ali Baş Komandanımız bu müqəddəs torpaqlarımızda Azərbaycan bayrağını qaldırdı. Biz bunu qürur hissi ilə seyr etdik.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Bu gün Xankəndindəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər.

Ermənistanın revanşist qüvvələri mövcud reallığı qəbul etməlidirlər. Bizim Bayrağımız Xankəndidə dalğalanır. Revanşistlər Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, onlar öz aqibətini bilməlidirlər”.

Nizami Zalov
Abşeron Rayon Ağsaqqallar Şurasının sədri,
Şəhid gizir Vidadi Zalovun atası

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Sankt-Peterburqda avtobus körpüdən çaya düşüb, 6 nəfər ölüb - Hadisə anının videosu- Foto, Yenilənib

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Ən çox oxunanalar