Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vüqar Rəhimzadə: Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinə növbəti dəstək

30 il Azərbaycanın tarixi torpaqlarını işğal altında saxlayaraq havadarlarının dəstəyi ilə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan, BMT qətnamələrinin icrası barədə düşünməyən Ermənistan tarixi Zəfərimizdən sonra bu “ərköyünlüyünü” davam etdirə biləcəyini düşünsə də artıq bunun mümkünsüzlüyünün fərqindədir. Ermənistan unudur ki, Azərbaycan artıq 30 il davam edən işğal dövrünün Azərbaycanı deyil. Bu gün sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi çıxış edən Azərbaycan şanlı Qələbəmizin yeni reallıqlarını dünyaya qəbul etdirmək üçün ciddi addımlar atır və bunun müsbət nəticələri göz qabağındadır. Ermənistan hələ də belə bir ab-havadadır ki, Azərbaycanı əsassız olaraq hansısa bir hadisənin baş verməsində ittiham edə biləcək, dünya onun yalanlarını əvvəlki illərdə olduğu kimi, “doğru” qəbul edib ölkəmizə qarşı qərəzli yanaşma sərgiləyəcək. Artıq o çağlar arxada qalıb. İki ildən çoxdur ki, vəziyyət tamamilə dəyişib. Azərbaycan bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanması təklifini edib. Dövlət başçısı İlham Əliyev sülh müqaviləsinin imzalanması ilə bağlı müxtəlif formatlarda və məkanlarda keçirilən görüşlərin fonunda bildirir ki, Ermənistan ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq bu məsələnin reallaşması üçün hər hansı bir ciddi maneə qalmayıb. Yaxın gələcəkdə, əgər yenə də Ermənistan saxtakarlıq etməsə, öz mövqeyini dəyişməsə sülh müqaviləsi imzalana bilər. İmzalansa çox yaxşı, imzalanmasa da hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki həm ədalətli, həm güclü tərəf, danışıqlar masasında, sərhəddə güclü mövqelərə sahib olan bizik. Sülh müqaviləsi imzalanmasa da biz rahat və təhlükəsizlik şəraitində yaşayacağıq.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan işğal dövründə ən yüksək beynəlxalq tribunalardan Ermənistana qarşı ciddi sanksiyaların tətbiq olunmasını tələb etsə də dünya güclərinin ikili standartlara əsaslanan siyasəti ədaləti, beynəlxalq hüququ arxa plana keçirir, işğalçı müdafiə edilirdi. Hətta ölkəmizin ordu quruculuğu sahəsində gördüyü işlərə müdaxilələr geniş miqyas alaraq bu, Azərbaycanın sülh danışıqlarından imtinası, müharibəyə haırlaşması kimi təqdim edilirdi. Rəsmi Bakı daim bəyan edirdi ki, bu, Azərbaycanın suveren hüququdur. Heç də təsadüfi deyil ki, tarixi Zəfərimizdə diplomatik mübarizədə qələbəmizin, eyni zamanda, münaqişənin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu əhəmiyyətli rol oynadı.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, bütün bunları qeyd etməyimiz səbəbsiz deyil. Məsələ burasındadır ki, Ermənistan daim Azərbaycanın suveren hüquqlarını pozaraq özünün əsassız iddialarını həqiqət kimi qəbul etdirməyə çalışmaqla apardığı təbliğatın “həqiqət” olduğuna havadarlarının vasitəsilə bəzi dünya güclərini inandırmağa çalışır. Bu gün artıq postmünaqişə dövrünün reallıqlarını yaşayırıq. Bu reallıqları inkar etmək, onu qəbul etməmək üçün cəhdlər edən işğalçı Ermənistan növbəti dəfə uğursuzluğa düçar oldu. Azərbaycan növbəti diplomatik uğuru ilə dünyanın diqqətində oldu. Məlum olduğu kimi, aprelin 23-də Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi (SBM) quruldu. Bu mühüm addımı 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin son mərhələsi kimi də dəyərləndirə bilərik. Azərbaycan tərəfinin öz suveren ərazisində, sərhəddə nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə legitim qərarı və addımı bütün beynəlxalq hüquq prinsiplərinə və normalara uyğundur. Ermənistanın Azərbaycanın bu qərarına müdaxiləsi qəbuledilməzdir.

Vüqar Rəhimzadə bildirib ki, bu mühüm addım Ermənistanı və onun havadarlarını məyus etdi. Müxtəlif əsassız fikirlərlə beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmağa çalışdılar. İşğalçı dövlət heç bir əsası olmayan bu kimi təbliğatları ilə kifayətlənməyib Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etdi. 6 iyul 2023-cü il tarixində Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın 12 may 2023-cü il tarixində Məhkəməyə təqdim etdiyi və 23 aprel 2023-cü il tarixində Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin quraşdırılmasının “qanunsuz” olduğuna dair vəsatətini yekdilliklə rədd etdi.

Ermənistan Azərbaycan tərəfindən 23 aprel 2023-cü il tarixində Ermənistanla şərti dövlət sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin quraşdırılmasını Məhkəmənin 22 fevral 2023-cü il qərarını pozduğunu, bunu nəzərə alaraq Azərbaycan tərəfindən SBM-nin təcili ləğv edilməsini, Laçın yolundan və yol boyu Azərbaycanın hər hansı silahlı qüvvələrinin çıxarılmasını tələb etmişdi. 25 may 2023-cü il tarixində Azərbaycan tərəfi Məhkəməyə Ermənistan tərəfindən bu müddət ərzində Laçın yolunun qanunsuz istifadə edilməsini sübut edən dəlilləri təqdim etmiş, xüsusilə bu müddət ərzində Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsinə öz hərbçilərinin göndərilməsi, yeni istehsal edilmiş minaların gətirilməsi və bu ərazilərdə basdırılması, Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı və Ermənistana daşınması, üçüncü dövlətlərin vətəndaşlarının Azərbaycana qanunsuz gəlməsinə şərait yaradılması məqsədilə sui-istifadə hallarına dair çoxsaylı sübutlar təqdim etmişdi. 6 iyul tarixində Məhkəmə Azərbaycanın təqdim etdiyi sübutlarla və gətirdiyi arqumentlərlə tam razılaşmış, Ermənistanın vəsatətini yekdilliklə rədd etmişdir. Bununla da Məhkəmə Azərbaycanın Ermənistanla şərti dövlət sərhədlərində nəzarət-buraxılış məntəqəsini qurmağa beynəlxalq hüquq əsasında suveren hüquqa malik olduğunu rəsmi tanımışdır. Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinin Qərarını və beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirməkdədir. Azərbaycan Ermənistanın beynəlxalq hüququn davamlı şəkildə və tarixi ağır pozuntularına görə məsuliyyətə cəlb edilməsi istiqamətində bütün zəruri tədbirləri davam etdirəcək. Azərbaycanın Laçın-Xankəndi yolunun girişində sərhəd nəzarət-buraxılış məntəqəsi təsis etmək qərarı onun sərhədlərin mühafizəsi üzrə suveren hüququdur. Sərhəd nəzarət-buraxılış məntəqəsi yaradılan andan indiyədək erməniəsilli yerli sakinlər Azərbaycanın daxili və beynəlxalq öhdəlikləri çərçivəsində giriş-çıxışda sərhəd nəzarətinin ayrı-seçkilik olmadan həyata keçirildiyi sərhəd-buraxılış məntəqəsindən keçməkdədirlər.

YAP Xətai rayon təşkilatının sədri Beynəlxalq Ədalət Məhkəməsinin qərarını Azərbaycanın növbəti uğuru kimi dəyərləndirib. Bildirib ki, Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti davamlı uğurları ilə diqqətdədir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Əməkdar artist vəfat edən xanımından danışdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay