Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vüqar Kərimov: “Payızda azad edilmiş ərazilərdə ağaclar əkiləcək”

“Yaşıl marafon çərçivəsində BakıAbşeron yarımadası da daxil olmaqla ümumilikdə 400 minə yaxın ağac əkilib və payız-qış mövsümündə daha 800 min ağacın əkilməsi nəzərdə tutulub”.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

Onun sözlərinə görə, Xocəsən, Müşfiqabad qəsəbəsində, Bakı-Sumqayıt yolunun kənarında, şimal-qərb, şimal və cənub istiqamətindəki yolların kənarlarında, eləcə də digər boş ərazilərdə ağacların əkilməsi nəzərdə tutulub:

“Bundan başqa meşə-bərpa işləri həyata keçiriləcək və seyrəkləşmiş ərazilər ağaclarla doldurulacaq”.

O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə 100 hektara yaxın sahədə ağac əkilməsi nəzərdə tutulub:

“32 hektar Zəngilanda, 40 hektar Cəbrayılda, 20 hektar türkiyəli qardaşlarımızla salınacaq dostluq parkında, 10 hektar Ağdamda və digər ərazilərdə ağaclar əkiləcək. Bu payız nəzərdə tutulmuş ərazinin 60 hektarında ağaclar əkiləcək. İşğaldan azad edilmiş ərazilərdə hara giriş imkanımız varsa, həmin ərazilərdə bu işləri həyata keçiririk”.

V. Kərimov bildirib ki, bütün tinglər nazirliyin ting təsərrüfatlarında yetişdirilib. Meşələrə uyğun növlər seçilir. Abşeronda həmişəyaşıl ağaclar və meyvə ağacları əkilir.

“Ən böyük ərazi isə Xocəsəndədir. 100 hektara yaxın ərazidə artıq ağac əkini tamamlanmaqdadır. Həmkar şirkətlərin də dəstəyindən yararlanırıq. 20 oktyabrdan payız əkin mövsümünə start verilib. Gələn həftədən həm nazirliyin, həm İDEA İctimai Birliyinin və digər dost qurumların iştirakı ilə ağaclar əkiləcək. 1 noyabrdan isə Aran rayonlarında əkin işlərinə başlanılacaq. Ümumi planımız 800 min ağacın əkilməsidir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Bakının bəzi ərazilərində və Xırdalanda qaz kəsiləcək

Sabiq VHP-çi Məhəməliyevə YAP-çı deputat mandatı halaldırmı?

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiyada küçədəki dondurucuda 70-ə yaxın cəsəd tapıldı

Ceyhun Bayramovdan şifrəli mesajlar... - Ermənistan Azərbaycandan nələri istəyir?

Ən çox oxunanalar