Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vəziroğlu Lalə Azərtaşın verilişindən niyə gedib?

Lalə Azərtaşın Xəzər TV-nin efirində yayımlanan “Təsir dairəsi” verilişinin yayımının dayandırılması tələb edilir. Bildirilir ki, verilişdə yaşanan qalmaqallar, işlədilən ifadələr efir etikasına, milli dəyərlərə xələl gətirir. Aparıcı L.Azərtaş da buna görə tənqid hədəfinə çevrilib. Sosial şəbəkələrdə ictimaiyyət tərəfindən onun ünvanına çoxsaylı şərhlər yazılıb. Məsələ ilə bağlı həmin verilişdə ekspert qismində iştirak edən jurnalist Anar Vəziroğlu bildirib ki, efirdə belə halların yaşanmaması üçün ekspertlər mütləq düzgün seçilməlidir: “Birinci növbədə verilişdə ekspert qismində iştirak edənlər yerli-yerində olmalıdır, ekspertlər bir-birinin sözünü kəsib öz fikrini deməməlidir. Dəfələrlə efirdə demişəm ki, burada oturan hər kəsin subyektiv fikirləri var. Hamının danışmağa haqqı var.

Lalə Azərtaş özünə, peşəsinə hörmət qoyan xanımdır, lakin bəzən canlı efirdə bu cür qalmaqallar yaşana bilir. Qalmaqal yaşandığı gün mən studiyanı tərk etdim. Çıxıb getməyimə səbəb var idi. Bəzən efirə şikayət üçün elə adamlar gəlir ki, adam məəttəl qalır. Orada xanımın özünə də dedim ki, sən yerində olan xanım deyilsən. Şikayətə gəlmisən, özün 20 nəfərlə mesajlaşmısan, qaynının üzünə durursan və s. Bunu ona deyəndə ekspertlər həmin qadını müdafiə etməyə başladılar, bu da mənim acığıma gəldi. Belə şeylərə yol vermək olmaz. Kimin adı nədirsə, onu öz ayağından asmaq lazımdır. Həmin qadının yiyəsi kimdirsə, ona demək lazımdır ki, ay balam, sən busan. Sənin həyatın, ərinə, qaynına qarşı münasibətin bu olub. Çıxıb efirdə iddia edir ki, guya qaynı ona nə isə edib. Amma sən ilk dəfə deyil ki, evdən qaçırsan. Onda belə çıxır ki, qaynın səni ömür boyu istismar edib?”

Onun sözlərinə görə, insanlar ekspertlərdən çəkinsə, belə biabırçı hallara görə birbaşa efirə üz tutmazlar:

“Bilmirəm bu məsələlər gələcəkdə öz həllini tapar, ya yox, amma düşünürəm ki, hər kəs öz yerində olsa, ekspertlər düzgün seçilsə, şikayətə gələn adam da fikirləşər ki, mən efirə gedirəm, bunu orda desəm, ekspertlər mənim axırıma çıxacaq. Ən azından bu cür biabırçı halları ictimailəşdirməkdən çəkinərlər. Yoxsa, belə insanlarla bacarmaq mümkün deyil, hərəsi bir dağdan, dərədən düşüb gəlir. Əksəriyyət də deyir ki, bu hadisə gizli baş verib. Ay balam, bəs o rayonda dövlət qurumu, icra nümayəndəsi yoxdurmu?! Yazıq polislər də gecə-gündüz əlləşirlər ki, haray-qışqırıq, hər hansı cinayət hadisəsi baş verməsin. Əvvəllər 10 adama bir nəzarət edən vardı, belə çıxır ki, indi hər adama bir nəzarətçi qoyulmalıdır? Çox qəribə zəmanədir”.(Yenisabah.az)

Poliqon.info


Etiket: Lalə Azərtaş


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Sankt-Peterburqda avtobus körpüdən çaya düşüb, 6 nəfər ölüb - Hadisə anının videosu- Foto, Yenilənib

Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər - Fotoreportaj

MSK sədri parlament seçkilərinə hazırlıq prosesindən danışıb

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Ən çox oxunanalar