Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vətəndaşlıqdan məhrum ediləndən sonra gizli yolla Azərbaycana gələn İŞİD döyüşçüsünün məhkəməsi başlayıb

İŞİD tərkibində Suriyada silahlı münaqişədə iştirak etməkdə təqsirləndirilən Zülfüqarov Kamran Azər oğlunun məhkəməsi başlayıb...

APA xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə onlayn qaydada keçirilən iclasda təsqirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxs məhkəmənin onlayn formatda keçirilməsinə etiraz etməyib. Təqsirləndirilən şəxsə hüquq və vəzifələri izah olunub. Prosesdə onun dövlət hesabına vəkillə təmin oldunduğu da bildirilib.

Daha sonra məhkəmə baxışının təyin edilməsi üçün məhkəmə müşavirəyə yollanıb.

Məhkəmə baxışı fevralın 5-nə təyin olunub.

Qeyd edək ki, 14 dekabr 1983-cü ildə Salyan rayonunda anadan olan, Azərbaycan vətəndaşı Kamran Zülfüqarov 2013-cü ildə ölkə ərazisini tərk edərək Suriyada aparılan silahlı münaqişələrdə iştirak etməkdə ittiham olunur.

O, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən toplanılmış materiallar əsasında və müvafiq qanunvericiliyə uyğun qaydada 2018-ci ildə məhkəmə qərarı ilə Azərbaycan vətəndaşlığından məhrum edilib, ölkəyə girişi qadağan olunub.

K. Zülfüqarov qeyri-leqal yolla ölkə ərazisinə keçib.

Onun yeri Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən müəyyən edilərək saxlanılıb.

Kamran Zülfüqarov Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə) və digər maddələri ilə məsuliyyətə cəlb olunaraq məhkəmənin qərarı ilə həbs edilib.

İstintaq-əməliyyat tədbirləri nəticəsində Kamran Zülfüqarovun Suriya ərazisində İŞİD-in xüsusi hazırlıq düşərgəsində təlimlər keçərək, odlu silah və partlayıcı maddələrdən istifadə qaydalarını mənimsədiyi məlum olub.

Kamran Züflüqarov dini radikalizm və dini düşmənçilik zəminində Suriyanın Haritan şəhərində "Xalid dayı" dini ləqəbli Bədəlov Rövşən Kitab oğlunun rəhbərlik etdiyi, bilavasitə kəşfiyyat aparan və terror hücumları törədən qanunsuz silahlı qruplaşmanın tərkibində döyüşlərdə və silahlı münaqişələrdə iştirakına dair dəlillər əldə edilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib

Hikmət Hacıyev: Mülki əhali hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir...

Ağdamda mina partlayışı olub, xəsarət alan var

Magistraturaya II cəhd qəbul imtahanı keçirilib, yekun nəticə 6 həftə ərzində təqdim olunacaq - Yenilənib

Xalq artisti: “Hərdən deyirəm ki, biz artıq sonuncu mogikanlarıq”

"Sumqayıt" - "Qarabağ" oyununa indiyədək 6 minə yaxın bilet satılıb

Bu gün tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür - Video

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini tapıblar

Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”     

Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirmiş şəxs saxlanılıb - Yenilənib    

Ən çox oxunanalar