Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vahid Ələkbərov bir gecədə 203 mln. dollar itirdi



Martın 27-də valyuta bazarlarında dolların qiymətinin ötən günə nisbətən dəyişməsi dünya zənginləri siyahısında olan 15 rusiyalı milyarderdən 9-u üçün itki ilə nəticələnib


"Bloomberg"in verdiyi xəbərə görə, bu dəyişiklik nəticəsində ayrılıqda Alişer Usmanovun 58,4 mln. dollar, Sergey Qalitskiyin 54,8 mln. dollar, Aleksey Mordaşovun 40,1 mln. dollar, Viktor Vekselberqin 33 mln. dollar, Vladimir Lisinin 32 mln. dollar və Dmitri Ribolovlevin 1,1 mln dollar, ümumilikdə isə 219,4 mln. dollar itirdikləri qeyd edilir.

Əslən azərbaycanlı olan Rusiya vətəndaşı Vahid Ələkbərovun da daxil olduğu digər 9 milyarder isə ümumilikdə 891,9 mln. dollar itirib.

Ümumi məbləğin 425,8 mln. dollarını təkcə Vladimir Potanin itirib ki, ondan sonra bu siyahıda 202,8 mln. dollar ziyana düşən "Lukoyl"un rəhbəri Vahid Ələkbərov gəlir.

Siyahıda növbəti yerləri 90,9 mln. dollarla Leonid Mexelson, 76,5 mln. dollarla Mixail Proxarov, 49,5 mln. dollarla Andrey Melniçenko, 31,5 mln. dollarla Oleq Deripaska, 9,5 mln. dollarla Roman Abramoviç, 3,5 mln. dollarla Mixail Fridman və 1,9 mln. dollarla German Xan bölüşdürür.

Ümumilikdə isə ötən gecə rusiyalı 6 milyarderin gəliri ilə 9 zənginin itirdikləri arasındakı nisbət onların ümumilikdə 672,5 mln. dollar ziyana düşdüyünü göstərir. (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar