Bazar, 23 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ÜST nümayəndəsi: "Bizi payız mövsümündə nələrin gözlədiyindən xəbərsizik"

"COVID-19-la bağlı bizi payız mövsümündə nələrin gözlədiyindən xəbərsizik".

PİA.az xəbər verir ki, bunu ÜST-nin Azərbaycandakı Nümayəndəsi Hande Harmancı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, 50 yaş üzəri, riskli qrupa daxil olan və peyvənd vurdurmayan şəxslərin mütləq şəkildə koronavirus əleyhinə vaksinasiya prosesinə qoşulmasını tövsiyə edir:

"Bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da koronavirusa yoluxma hallarında azalma müşahidə olunur. Lakin bunu da yaxından izləmək lazımdır. Çünki keçən il yay mövsümündə azalan yoluxma sayı payız aylarında artmışdı. Ona görə də diqqətli olmaq lazımdır. Ümumdünya Səhiyyə Təşkilatı virusun növlərini, yeni ştamları nəzarətdə saxlayır. Nəzərə alaq ki, bu gün Omikron ştamının yeni variantları meydana çıxır. Bütün bunlar da müşahidələrimiz altındadır. Bilməliyik ki, pandemiya hələ də davam edir. Payız mövsümündə bizi nələrin gözlədiyindən xəbərsizik. Bu səbəbdən iki il ərzində əldə etdiyimiz, qazandığımız qoruyucu tədbirlərə yenə də əməl etmək lazımdır".

Hande Harmancı onu da əlavə edib ki, bu gün üçün əhalinin buster doza vurdurmasını tövsiyə edir:

"Növbəti dozanın qəbulu ilə bağlı qərarı zaman göstərəcək. Bilirik ki, bu gün qrip əleyhinə peyvənd hər il vurulur. COVID-19-a qarşı vaksinin davamlı müddətlik ehtiyacını tam bilmirik. Ehtimal var ki, gələcəkdə koronavirus və qrip peyvəndi ilə birgə hər il vurulması mümkün ola bilər. Ancaq bu, hələlik müzakirə mövzusudur. Yəni konkret təklif yoxdur".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İyulun 1-dən kommunal xidmətlərin qiymətləri artacaq

Putinin Şimali Koreya səfəri bu ölkənin "ürəyinə qurd saldı"

Deputatlar növbədənkənar parlament seçkisində seçilməsələr, nə edəcəklər?

Azərbaycanda "WhatsApp"da yayılan səs yazısı ilə bağlı rəsmi açıqlama

Milli Məclisin iyunun 25-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb

Avropa futbolunun ən yaxşı hücumçularının adları açıqlanıb

Şirvanda dövlət qulluqçularının peşə bayramı qeyd edilib - Fotolar 

İyulun əvvəlində MİQ imtahanları keçiriləcək - Rəsmi

Prezident İlham Əliyev “Euronews”a müsahibə verib

Ən çox oxunanalar