Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uşaqları peyvənd etdirək, ya yox? - Baş pediatrdan məsləhət

Nəsib Quliyev peyvəndlərdən danışıb...

Peyvənddən imtina şəxsi seçim olsa da, əslində cəmiyyətin sağlamlığına birbaşa təsir edir. Peyvənd olunmamış hər uşağın cəmiyyətdə yoluxucu xəstəlikləri yayma riski var. Belə olan halda dünyada yayılan "Peyvənd ziyanlıdır”, yaxud da "Peyvənd vurulmasa da, heç nə olmaz” kimi fikirlərin əsası varmı?

PİA.az xəbər verir ki, bu barədə “Modern.az”a danışan ölkənin baş pediatrı, professor Nəsib Quliyev bildirib ki, Azərbaycanda peyvənd xofu o qədər də geniş yayılmayıb:

"Bizdə vəziyyət şükürlüdür. Peyvəndə qarşı çıxan dini sektalar, icmalar yoxdur. Müəyyən insanlar onun mahiyyətini düzgün qiymətləndirə bilmir, ona görə də danışırlar”.

Nəsib Quliyev peyvəndin vacibliyini vurğulayaraq qeyd edib ki, bəzi hallar istisna olmaqla bütün uşaqlara peyvənd vurulmalıdır:

"Peyvənd elə bir xəstəlikdən qorunma üsuludur ki, 7-ci əsrdən indiyə kimi mövcuddur. Bu 1400 ildə peyvəndin alternativi icad olunmayıb, onu əvəz edən heç nə yoxdur. Bu ona bənzəyir ki, bəy dediyin nədir, bəyənmədiyin nə. Peyvənd gör nə qədər həyatı xilas edir. Bu il koronavirus ortaya çıxdı. Avropada, Amerikada insanlar nəylə əlləşir, nə yaratmaq istəyirlər? Bu virusa qarşı peyvənd tapmağa çalışırlar.

Bütün uşaqlar peyvənd olunmalıdır. Çox nadir hallarda, əgər uşağın xəstəliyi, hər hansı problemi varsa, ona müvəqqəti olaraq peyvənd vurulmur. Məsələn, uşaq bədxassəli şişə qarşı müalicə alırsa, həmin dövrdə onu peyvənd etmək olmaz. Əhali birmənalı olaraq bilməlidir ki, övladını xəstələnməkdən qorumaq istəyirsə, peyvənd vurdurmalıdır”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Ən çox oxunanalar