Bazar ertəsi, 03 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Uşaqlarda autizmi vaxtında ayırd edin” – Psixoloq məsləhəti

“Uşaqlarda autizm vaxtında təsbit olunsa, müalicəsi də daha səmərəli olar. Müalicə tədbirləri daha çox təlim və sosiallaşmaya yönəlməlidir”

Bu barədə “Report”a psixoloq Leyla Əli bildirib.

O deyib ki, autistik spektr pozuntusu, yaxud autizm insanın topluma uyğunlaşma, nitq, psixi inkişaf pozuntusu ilə bağlı xəstəlikdir: “Autist uşaqlar dost qazanmağa meylli olmur, başqa uşaqlarla oynamağı yox, tək qalmağı üstün tuturlar”.

Mütəxəssis autizmə tutulan uşaqlar arasında oğlanlar qızlardan təqribən dörd dəfə çox olduğunu qeyd edib: “Bəzən autizmin əlamətləri körpə yaşda özünü göstərsə də, daha çox üç yaşa yaxın ifadə olunmağa başlayır”.

Leyla həkimin sözlərinə görə, üç aylıqdan tutmuş iki yaşlı uşaqların valideynləri aşağıdakı pozuntu əlamətlərinə diqqət yetirməlidir:

-Uşaq göz içinə baxmır, nəzərini yayındırır
-Uşaq özü haqqında ikinci, üçüncü sifətdə (sən, o) danışır
-Uşaq ayrı-ayrı söz və cümlələri aramsız təkrar edir
-Uşaq ilk sözlərini tələffüz etdikdən sonra nitqi itib
-Uşaq sözləri tələffüz etmək əvəzinə mələyir
-Uşaq oyuncaqlara maraq göstərmir
-Uşaq yaşıdlarına meyl göstərmir, onlarla oynamır
-Uşaq tənhalaşır, valideynlərinə məhəl qoymur, xahişlərə və çağırışlara cavab vermir
-Uşaq başını, qollarını titrədir, yellənir
-Uşaq əlilə öz üzünə vurur
-Uşaq tanımadığı şəxslərdən çəkinir, qorxur
-Uşaq səslərdən ürkür, diksinir.

“Psixoloq, loqoped, pedaqoq dəvət etməklə nə qədər tezdən müalicə tədbirlərinə başlansa, uşağın gələcəkdə toplumda yerini tapması bir o qədər çox ehtimal olunur”, – ekspert vurğulayıb.

pia.az


Etiket: autizm+

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda sükan arxasındakı qızın bu hərəkəti müzakirə yaratdı - Video

Putinin Ermənistanla bağlı planı üzə çıxdı - Oktyabrda başlayacaq

Sabiq icra başçısının oğlu məhkəmə qarşısında

Səudiyyə Ərəbistanı “Sülh sammiti”ndə iştirak etməyəcək

Ordumuzun nəzarətinə keçən məşhur körpü - Foto

Azərbaycan gimnastları Monteneqroda yeddi qızıl medal qazanıblar - Fotolar

COP29 Sədrliyinin Könüllülər Mərkəzinin açılışı olub

Ən çox oxunanalar